Zahid Oruc: “Milli Məclis sədri əvvəlki illərdə olan rəhbərlikdən fərqlənir”

Zahid Oruc: “Milli Məclis sədri əvvəlki illərdə olan rəhbərlikdən fərqlənir”

"Parlament qısa müddətdə yeni vəziyyətə uyğunlaşmağa qadir oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Komitə sədri bildirib ki, Milli Məclis sədri əvvəlki illərdə olan rəhbərlikdən fərqlənir: "Parlament fəaliyyətə başlayanda onun qarşısında duran ən vacib məsələ hansı ənənəyə istinad etməklə bağlı idi. Bu günlərdə Milli Məclis aparatının tam buraxılması ilə bağlı sərəncam çox mühümdür. Yenidən Məclisin Aparatını canlandırmaq lazımdır. Pandemiya dövründə millət vəkilləri Operativ Qərargah üzvləri ilə birgə çalışaraq yaxşı nümunə oldular".

Qeyd edək ki, Milli Məclisin əvvəlki sədri Oqtay Əsədovla Zahid Oruc arasında daim problemlər yaşanırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31