Parlament razılıq verdi-Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyinatına
1 May 2020 12:01 SiyasətMayın 1-də keçirilən Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb. Məsələ təqdimatdan sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31