Əli Hüseynli yeni Baş prokuroru dəstəklədi

"Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyəti tərəfindən müsbət qarşılanır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O bildirib ki, bu illər ərzində Milli Məclislə Baş Prokurorluq arasında sıx əməkdaşlıq olub: "Kamran Bayram oğlu Əliyevin namizədliyini Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında komitənin üzvəri bütövlükdə dəstəkləyərək müsbət rəy veriblər. İnanıram ki, bundan sonra da belə olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31