Azərbaycan xalqının sosial məsuliyyət prinsipinə ciddi şəkildə riayət etməsi müstəsna əhəmiyyətə malikdir

Son günlər ölkədə koronavirusa yoluxanların sayının yenidən artması vətəndaşların daha məsuliyyətli olmasını zərurətə çevirib. Əks təqdirdə ölkədə karantin qaydalarının yenidən sərtləşdiriləcəyi qaçılmaz olacaq. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Millət vəkili Könül Nurullayeva deyib ki, koronavirus infeksiyasına qalib gəlmək üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı Azərbaycan xalqının da həmrəylik nümayiş etdirərək sosial məsuliyyət prinsipinə ciddi şəkildə riayət etməsi müstəsna əhəmiyyətə malikdir: "Unutmamalıyıq ki, biz birlikdə güclüyük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31