Mövqelərimiz minaatanlardan atəşə tutulub
30 Aprel 2020 11:04 Siyasət"OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və müxtəlif çaplı minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Azərbaycan Ordusunun minaatan bölmələrinin dəqiq cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31