Rəsul Quliyev AXCP və Müsavatı yenidən hədəfə aldı: "Mənasızlar"

Eks-spiker: "Reytinqləri sıfıra çatıb"

"Klassik müxalifətin (AXCP və Müsavat) 27 illik fəaliyyəti bu partiyaları və onların liderlərini iflasa uğradıb".Bu barədə eks-spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev aları çəkilən radikal müxalifət partiyalarının uğrusuzluqlarını və ictimai rəydə heç bir üstünlüyə malik olmamalarını şərh edərkən yazıb.

Onun sözlərinə gərə, bu komandaların Azərbaycanın 18-65 yaşlı vətəndaşları arasında dəstəyi maksimum 1 faiz ola bilər. SİTAT: "Yəni praktiki sıfırdır. Həmin şəxslərin 20 ildir özlərinin monoton tənqidləri, korrupsiya və rüşvəti dərindən analiz etmədən şişirdilmiş yalançı rəqəmlərlə xalqa təsir etmək cəhdləri onlardan mütəmadi müsahibə götürənlərin reytinqlərini sıfıra çatdırıb. 100 min baxış və intervyunun təsiri sıfıra bərabər olursa, bunun səbəbini intervyunun keyfiyyətində yox, başqa səbəblərdə axtarmaq lazımdır".

R.Quliyev qeyd edib ki, bu insanlar (cəbhəçilərin və müsavatçıların "liderləri") mənasız, həmişə eyni çeynənmiş və qeyri-obyektiv intervyuları ilə özlərinin qəbirlərini qazıblar.

"Bu gün özlərini dəfn etmiş 1992-1993-cü illərin qalıqlarına süni nəfəs vermək kimlərə və niyə lazımdır?", deyə qeyd edən eks-spiker onların tənqid olunmalarının belə, reklam olduğunu bildirib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31