Milli Şura rəhbərliyinin hüquqi savadsızlığı

Əlisahib Hüseynov: "Siyasi təşkilat rəhbərinin hüquqi məsələlərə bu cür bəsit tərzdə yanaşması yolverilməzdir"

Radikal siyasi düşərgə və onun başıpozuq liderləri, eləcə də məhdud sayda elektoratı yenə öz ampluasındadır. Yenə hədəf dəvlətçilik, yenə başlıca məqsəd və məram dövləti aşağılamaq, görülən işlərə, həyata keçirilən tədbirlərə planlı və məqsədli şəkildə kölgə salaraq daxildə və beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq, yerli və daxili ictimaiyyətini aldatmaq, onları öz yalanlarına inadırmaqdır. Hər halda son günlərdə radikal siyasi düşərgənin Azərbaycan hakimiyyətinin koronavirus pandemiyasına qarşı həyata keçirdiyi tədbirləri öz kafalarına, dünya görüşlərinə uyöun şərh etmək və məsələyə qərəzçilik, düşmənçilik mövqeyindən yanaşmaq cəhdləri belə deməyə əsas verir. Bütün dünya, hətta dünyanın ən aparıcı, inkişaf etmiş ölkələri belə Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlər, görülən işləri təqdir edib, müsbət qiymıətləndirdiyi, hətta bəzi hallarda Azərbaycan təcrübəsindən yararlandıqları halda, radikal siyasi düşərgə hər vəchlə görülən işlərə kplgı salmağa çalışır. Bir müddət əvvəl AXCP sədri Əli Kərimli öz məntiqi və dünya görüşünə görə, bu tədbirləri öz aləmində təhlil edib guya ona qiymət verirdisə, indi Kərimli estafeti "ağsaqqal"ına verib. Yəni Cəmil Həsənli. Cəmil Həsənli də hüquqdan bir o qədər anlayışı olmadığı halda başlayıb hökumətin karantin tədbirləri və karantini pozan şəxslərə qarşı tətbiq edilən cərimələri "təhlil" etməyə. Onun bu mövzuda qələmə aldığı son yazı bir daha onu deməyə əsas verir ki, istər Cəmil Həsənli, istərsə də onun təmsil olunduğu düşərgənin bir nömrəli düşməni Azərbaycan, Azərbaycan dövlətçiliyidir. Təsadüfi deyil ki, elə əksər ekspertlər də belə düşünür. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov Cəmil Həsənlinin cızma-qarasına münasibət bildirərkən qeyd edib ki,  özünü Milli Şura (MŞ) adlandıran bir siyasi qurumun rəhbərinin hüquqi savadsızlığı doğrudan da çox acınacaqlıdır. Onun sözlərinə görə, Cəmil Həsənlinin karantin qaydalarını, SMS-lə icazənin şərtlərini pozan şəxslərə polis orqanlarının cərimə təyin etməsi, cərimənin həcmini müəyyən etməsi və bu cərimələri inzibatı qaydada ödətdirməsi hallarını qanunsuz hesab etməsi bu adamın elementar hüquqi biliklərə, təsəvvürlərə malik olmamasını göstərir: "Milli Şura sədrinin vətəndaşlara tövsiyyə və çağırışlarının bir-birinə ziddiyyət təşkil etməsi də onun hüquqi nihilizmini, məntiqsizliyini təsdiqləyir. Adam Facebook hesabındakı paylaşımında əvvəlcə vətəndaşlara bildirir ki," bütün imkanlar daxilində karantin qaydalarına əməl etmək vacibdir". Lakin sonrakı fikirlərindən birində isə deyir ki, "cərimələri ödəməyə tələsməyin". Baxın, bir-birilə daban-dabana ziddiyət təşkil edən bu iki fikirin ikisini də bir adam (Milli Şura sədri) səsləndirir və bununla da vətəndaşları həm də qanunlara tabe olmamağa, anarxiyaya sövq etmiş olur".

DADP sədri bildirib ki, bu "peşəkar" siyasətçi sırf hüquqi məsələlərə dair status paylaşır, amma özünə biraz əziyyət verib gedib heç olmasa, İnzibati Xətalar Məcəlləsini açıb oxumur: "Oxumadığına görədir ki, hüquqi məntiqdən tamamilə uzaq olan fikirlər səsləndirir. Onun bu fikirlərini oxuyan hər kəs başa düşür ki, Cəmil müəllimin həqiqətən də qanunlardan xəbəri yoxdur. Xəbəri olsaydı bilərdi ki, karantin günlərində tətbiq edilən cərimələr instututunun söykəndiyi konkret normativ huquqi aktlar var və bu normativ aktlar kimliyindən asılı olmayaraq qanunu pozan bütün şəxslər üçün hüquqi məsuliyyət yaradır. Bu mənada, Cəmil Həsənli və onun düşərgəsindən olanların "inzibati cərimələr polis tərəfindən tətbiq edilə bilməz və bu cərimələri yalnız məhkəmələr təyin edə bilər" fikiri tamamilə əsassızdır, yanlışdır. İnzibati Xətalar Məcəlləsinin tətbiqi ilə bağlı 795 saylı və 1256 saylı Fərmanlar hüquqi baxımdan cərimələrin polis tərəfindən tətbiqinə icazə verir. Odur ki, siyasi təşkilat rəhbərinin hüquqi məsələlərə bu cür bəsit tərzdə yanaşması yolverilməzdir".

Əlisahib Hüseynov deyib ki, Milli Şura rəhbərinin SMS-lə icazə sistemini ələ salaraq "SMS hoqqabazlığı" kimi səviyyəsiz bir ifadə işlətməsi də bu adamın necə bərbad düşüncəyə malik olmasını açıq-aydın göstərir: "Onun "SMS hoqqabazlığı" adlandırdığı icazə sistemi pandemiya ilə mübarizə dövründə təkcə Azərbaycanda deyil əksər ölkələrdə, o cümlədən qonşu Gürcüstanda da tətbiq edilib. Həmçinin C.Həsənlinin özünün də tez-tez "siyasi turist" kimi getdiyi, gəzdiyi xarici ölkələrin də bir çoxunda SMS-lə icazə rejiminin tətbiq edilməsinin şahidi olduq.. Onda Milli Şura sədrinin xəstə məntiqindən belə çıxır ki, bu ölkələrin hamısı onun iddia etdiyi kimi hoqqabazlıqla məşğuldur? Bu dərəcədə qərəzli olmaq bir siyasi təşkilat rəhbəri və bir professor üçün ayıbdır axı. Onun məqsədi həmişə olduğu kimi növbəti dəfə Azərbaycanı dünya ictimaiyyətinə mənfi yöndən tanıtmaqdır. Amma bu çox çirkin məqsəddir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31