Cəmil Həsənli artıq ölkəmizə qarşı beynəlxalq maşa missiyasını həyata keçirməkdədir

"Cəmil Həsənlinin növbəti avantürası yenidən sosial şəbəkədədi. Heç bir hüquqi əsası olmayan, hüquqi nihilizminin ifadəsi kimi diqqəti cəlb edən, koronavirusun yaratdığı dəhişətlərin məntiqinə uyğun gəlməyən sifarişli yazısı bir daha onun antimilli mahiyyətini ortaya qoymaqdadı". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı səsləndirib.  Partiya sədri deyib ki, amorf bir qurumun adından təqdim edilən açıqlama əslində dövlətə qarşı itaətsizliyə çagırışdı, vətəndaşlarımızın dövlətçiliyimizə inamsızlıq yaratmaq cəhdidi və bütün dəyərlərə xəyanətdir: "Cəmil Həsənli hüquqşünas deyil, deməli bu yazını da o hazırlamayıb. Ölkəmizin düşmənləri onu hazırlayıb və Vətən satqınına da əmr ediblər ki, onu indiki durumda dövriyyəyə buraxsın. Təbii ki, dəbdəbəli həyatın əvəzində Cəmil Həsənli maşa funksiyasını yerinə yetirib. Vaxtilə milli maşa rolunu oynayan C.Həsənli artıq ölkəmizə qarşı beynəlxalq maşa missiyasını həyata keçirməkdədir".

Fəzail Ağamalı qeyd edib ki, tarix xəyanətləri unutmur və bagışlamır: "Artıq müasir Azərbaycan tarixi onun alnına xəyanətkar və satqın möhürünü vurmuşdur. Belələrinin əzablını və xəcalətını isə bir qayda olaraq onun törəmələri çəkir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31