Yeni beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri və rolu necə olacaq? - Politoloq

Ümidlər böyükdür

Indi bir çoxları postpandemiya dövründə dünyanın tamam fərqli olacağı, yeni beynəlxalq münasibətlər sisteminin formalaşacağını iddia edir, müxtəlif versiyalar, proqnozlar irəli sürürlər. Azərbaycan da qlobal məkanın bir üzvü olduğundan, beynəlxalq müstəvidə baş verə biləcək istənilən müsbət və ya mənfi tendensiyanın ölkəmizdən yan keçməyəcəyi mütləqdir, şübhəsizdir. Bəs görəsən postpandemiya dövründə yenidən formalaşacaq beynəlxalq münasibətlər sistemində Azərbaycan hansı mövqedə dayanacaq, hansı rolu oynayacaq? Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bununla bağlı fikirlərini bölüşüb. O, bildierib  ki, beynəlxalq münasibətlər sisteminin yenidən dizayn edilməsi, postpandemiya dövründə iqtisadi münasibətlərin əvvəlki illərdə olduğu kimi davam etdirlməsi olmayacaq. Onun sözlıərinə görə, bu istiqamətdə ciddi dəyişiklikilərin olacağı istisna deyil: "Beynəlxalq təşkilatların aparıcılığı, proseslərdə aktiv rol oynaması öz qüvvəsini saxlasa da, onların yeni bir çərçivədə daha da güclənməsi, operativ işləkliyi təmin ediləcək. Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 pandemiyasını Çinlə anlaşma çəriçivəsində dünyadan gizlətməsi, göstərdi ki, beynəlxalq təşkilatların hər hansı bir ölkədən asılı olmasının acı nəticələri baş verə bilər. Ona görə də yeni dünya nizamının formalaşmasında beynəlxalq təşkilatlar heç bir dövlətdən asılı olmamalı, verdiyi qərarlar müstəqil və ardıcıl şəkildə yerinə yetirilməlidir. Qeyd edim ki, dünayda birtərəfli qəraraların verilməsi, BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər təşkilatın qəraralarının icra edilməməsi və s. bu kimi problemlərin həlli artıq qaçılmazdı. İlk növbədə yeni regional güc olan Türkiyənin, Pakistanın BMT-nin TŞ -nın daimi üzvülüyə qəbul edilməsi mütləqdi. Çünki, Türkiyə Yaxın Şərqdə, Pakistan Cənubi Asiyada güclü dövlətlər sırasına daxil olub".

Politoloq deyib ki, dünya sisteminin ədalətli və prinsipial şəkildə idarə edilməsi baş verməsə də, siyasi nizamda ciddi dəyişiliyinin iqtisadi və hərbi müstəvidə dəyişikliyə yol açacağı qaçılmazdı: "Bu dəyişiliklərin Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa və Yaxın Şərqdə cərəyan edəcəyi gözlənilir. Qeyd edim ki, əsasən beynəlxaq gücün əsas lokomotivi olan ABŞ Çinin iqtsadi zəifləməsi istiqamətində xüsusi planlar reallaşdıracaq. Həmçinin Rusiyanın parçalanaması, subyektlərin müstəqillik uğrunda mübarizəsinə dəstək vermək üçün hazırlıq işlərinə başalanılacaq. Çünki, hazırkı beynəlxalq böhranda ABŞ öz strategiyasını müyyənləşdirib və onun Avropa ilə birgə hərəkətə keçəcəyi gözlənilir. Çünki, ABŞ -ın hazırkı müttəfiqi Avropa dövlətləridi və onu əvəzi edəcək hər hansı bir super güc yoxdur. Rusiya və Çin isə, yalnız öz siyasi planlarında işğal və eksposionist siyasətə üstünlük veriblər".

Politoloq deyib ki, Rusiya prezidenti V. Putinin SSR-nin bərpasını dilə gətirməsi, Çinin "Bir yol, bir qurşaq" iqtisadi və siyasi layihəsi göstərdi ki, hər iki ölkənin güclənməsi beynəlxalq təhlükəsizlik üçün uzun vədəli riskdi: "Ona görə də Avropa və ABŞ çalışacaq ki, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada hər iki ölkənin mövqelərinin zəiflədilməsi üçün çalışsın. Azərbaycan üçün yeni siyasi dönəmdə ən başlıca faktor öz ərazilərinin bir hissəsini Ermənistanın işğalından azad etməsidir. Bu istiqamətdə Rusiyanın regionda öz qalıcılığı Azərbaycan üçün ən əsas maneə olaraq qalır. Amma, Rusiya da bir müddətdən sonra mərkəzdən qaçma meyilləri, ABŞ və Avropanın regionla bağlı daha ciddi addımlar atması, Azərbaycan üçün əlavə imkanlar aça bilər. Məhz Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində öz səylərini genişləndirməlidir Postpandemiya dövrü insan haqlarının daha da qorunması bir dövrü olacaq. Dünayda gedən dəyişiliklər Azərbaycana da ciddi təsir edəcək. Neft gəlirlərinin azalması, iqtisadi infilyasiyanın inkişaf etməsi hazırkı dönəmdə ölkəmiz üçün xarakterik olaraq qalacaq. Amma, yeni islahatlarla ölkənin daha da inkişafına nail olmaq şansı var. Bir sözlə, yeni dövr, yeni imkanlara yol açacaq və prseslərdə Azərbaycanın qazanclı çıxması, dünya birliyi ilə sıx əməkdaşlığı islahtaların səmərələyindən asılı olacaq".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31