30 milyon manat ayrıldı- SƏRƏNCAM
27 Aprel 2020 11:55 SiyasətPrezident İlham Əliyev Azərbaycan - Rusiya Federasiyası dövlət sərhədində "Xanoba" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan - Rusiya Federasiyası dövlət sərhədində "Xanoba" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 kilometr olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31