Azərbaycan dünyaya sosial dövlət oduğunu bir daha sübut etdi -HÜQUQŞÜNAS

Koronavirus dövründə ölkədə yeni sosial layihələr həyata keçirilir

Koronaviris pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan Azərbaycandan da yan keçməyib. Xüsusən, dünya bazarında neftin qiymətinin aşağı düşməsinin dövlət büdcəsinin gəlirlərinin azalmasına təsiri qaçılmazdır. Lakin bütün baş verənlərə baxmayaraq Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb, əksinə yeni sosial və iqtisadi paket təqdim edilib. Hazırda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğuluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunmaqdadır. Belə ki, Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil verilməlidir, həmçinin müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək. Təkcə bu fakt deməyə əsas verir ki, koronaviris pandemiyasının təsiri nəticəsində dünya iqtisadiyyanın gerilədəyi bir dövrdə Azərbaycanda nəinki sosial layihələrin icrası davam etdirilir, hətta gələcək planların da anonsu verilir. Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə keçirdiyi iclasda dövlət başçısının sosial sahə ilə bağlı tapşırıqlarının icrası istiqamətində görülən işlərin və qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlar verməsi ölkə vətəndaşlarında dövlətə və dövlət başçısına inamı daha da artırıb. İnsanlarda bir daha əminlik yaranıb ki, dövlət və dövlət başçısı ən çətin anlarda belə onların yanındadır.

Hüquqşünas Alim Hüseynli bildirib ki, prezident İlham Əliyev pandamiya dövründə təkcə sosial sahədə deyil, eləcə də siyasi, iqtisadi və humanitar sahədə ciddi qərarlar qəbul edib. Belə ki, dövlət başçısının tapşırığına əsasən Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Tədbirlər Planı"nı təsdiq edib. Cənab Prezidentin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılıb, həmçinin İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə nazirləri və Mərkəzi Bank sədrinin rəhbərliyi ilə dörd işçi qrup yaradılıb və hazırda vahid tədbirlər planı hazırlanıb və təsdiq olunub. Tədbirlər Planı hazırda icra mərhələsindədir. Belə bir planın təsdiq edilməsi onu göstərir ki, Azərbaycan dünyada koronavirus pandemiyasına qarşı mübarizənin ön sıralarında dayanır, bu sahədə beynəlxalq miqyasda göstərilən səylərə töhfə verir. Eyni zamanda, ölkədə iqtisadi fəallığın qorunması, iqtisadi böhrana yol verilməməsi üçün də  səmərəli tədbirlər  həyata  keçirilir. Orta və kiçik sahibkarlara şərait yaradılır, işçilərin ixtisar edilməsinin qarşısı alınır, aztəminatlı insanlara yardım göstərilir.

Həmçinin ölkə Prezidenti İlham Əliyev pandemiya dövründə yeni bir humanist  addım atdı. Belə ki, dövlət başçısının imzaladığı Sərəncama əsasən ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan 65 yaşından yuxarı 176 nəfər məhkum əfv edildi. Ölkə və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu tədbir ilk növbədə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətində insana və vətəndaşa qayğının dayandığını göstərir və sübut edir ki, bu gün siyasi mənsubiyyətindən, əqidəsindən, cəmiyyətdə mövqeyindən, statusundan asılı olmayaraq, hər bir insanın həyatı və sağlamlığı dövlətimiz üçün ən böyük dəyərdir: "Dövlət başçısının daha bir humanist siyasətinin nəticəsi olaraq,  təkcə işsizlər deyil, eyni zamanda onlarla bərabər tutulan, bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da birdəfəlik ödəmə proqramı ilə əhatə olunublar. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu proqramın əhatə dairəsi 3 dəfədən çox genişlənərək 600 min nəfəri əhatə edəcək".

Onun sözlərinə görə, dövlət başçısının koronavirus pandemiyası ilə əlaqədar əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşdırıması istiqamətində qəbul etdiyi qərarlar daha vacib və tədqirəlayiqdir: "Məlum olduğu kimi dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb.17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Bununla da işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. İşsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsi də diqqətdən kənarda qalmayıb. İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılıb. Bununla da Azərbaycan dünyaya sosial dövlət oduğunu bir daha sübut etmiş oldu".

Hüquqşünas əlavə edib ki, diqqət çəkən məqamlardan biri də paralel olaraq ölkədə pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsidir. Bu məqsədlə Vergi Məcəlləsində və bir sıra qanunvericilik aktlarında dəyişikliklərlə bağlı təklifər hazırlanıb: "Vergi Məcəlləsi ilə bağlı hazırlanan qanun layihəsində pendemiyadan bilavasitə zərər çəkən sahələr üzrə əmlak və torpaq vergiləri üzrə 2020-ci il üçün vergidən tam azadolma, mənfəət vergisi üzrə isə 75 faizlik güzəşt nəzərdə tutulur. Qeyd olunan azadolmalarla yanaşı, spesifik sahələr üzrə mövcud olan vergi rejimləri nəzərə alınmaqla xüsusi güzəştlər təklif edilir. Ölkə daxilində sərnişindaşıma fəaliyyəti həyata keçirən subyektlər, habelə istimai iaşə fəaliyyəti göstərən subyektlər üçün sadələşdirilmiş verginin xüsusi rejimi mövcuddur. Həmin hüquqdan istifadə edən sahibkarlar üçün də sadələşdirilmiş verginin dərəcəsi 50 faiz azaldılacaq. Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinin iqtisadi aktivliyinin kifayət qədər aşağı düşdüyü, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında bu sahələrdə fəaliyyətin məhdudlaşdığı nəzərə alınaraq, həmin fəaliyyət sahələri üzrə sahibkarlıq subyektləri tərəfindən 2020-ci ildə 2019-cu ilin nəticələrinə görə cari vergi ödəmələrinin təxirə salınması və 2020-ci ildə bütövlükdə mənfəət (gəlir) vergisi üzrə arayışların verilməsi və ödəmələrin həyata keçirilməsinin ləğv edilməsi təklif olunur. Digər tərəfdən, sahibkarlıq subyektlərinin 2019-cu ilin nəticələri üzrə mənfəət (gəlir) vergisinin bəyannamələrinin təqdim olunması və ödənişlərin edilməsinin də 1 sentyabr 2020-ci ilədək təxirə salınması nəzərdə tutulur. Həmçinin Vergi Məcəlləsinə dəyişikliklər layihəsində mikro sahibkarlıq subyektləri ilə bağlı müddəalar da yer alır. Layihəyə əsasən, mikro sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergi öhdəlikləri 50 faiz aşağı salınacaq. Həmin subyektlər tərəfindən 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş, mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə də 1 sentyabr 2020-ci il tarixinə kimi tətil verilməsi nəzərdə tutulur. Əhalinin, eləcə də sahibkarların sosial müdfiəsinin təmini məqsədilə görülən tədbirlər Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır", "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır" fikrilərinin bariz təzahürüdür. Məhz bu kimi addımların atılması dövlətə və dövlət başçısına etimadı artırmış olur".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31