ABŞ professoru prezident Trampın saxta "erməni genosidinə "dəstək siyasətınə qarşı "üsyan" etdi.. AYDIN QULİYEV YAZIR
26 Aprel 2020 19:19 SiyasətDünən ABŞ prezidenti D.Trampın uydurma erməni genosidinin" 105 (?) illiyi ilə bağlı ermənilərə yazdığı tam siyasi motivli məktub barədə status paylaşdım. Səhifəmdə qalır və maraqlı olanlar təkrar baxa bilər.Konkret mövqeyim bu idi ki,Tramp genosid məsələsindən siyasi alət kimi istifadə edir və onun 1915-ci il
hadisələrini "Meç Eqarna"adlandırmasının heç bir real tarixi əsası yoxdur.
Faktlarla sübut etməyə çalşmışdım ki,hələ Osmanlı dövlətində 1915 -ci il hadisələrindən çox əvvəl müəyyən qüvvələr Osmanlıdan ermənilərin Amerikaya kütləvi köçünü təşkil edirdilər.Məqsəd müəyyən müddət sonra guya Osmanlı dövlətində ermənilərin kütləvi qırğına məruz qaldıqları barədə "şumixalar"qoparmaq idi.Yazmışdım ki, hələ 1895 -ci ildə ,bəli məhz 1895, Osmanlının cəmi bir vilayətində qısa gəzintidən sonra bir amrikalı missionerin ABŞ-da tələsik kitab çap edərək ermənilərin qirğına məruz qaldıqlarını iddia etməsi təsadüf idimi?Bu kitabın ardınca 1895 -ci ildə ermənilərin Osmanlıda guya qırğına məruz qaldıqları barədə layihənin bir Ştat konqresində müzakirəyə çıxarılması təsadüf idimi? Təbii ki,yox.
Faktların davamı olaraq yeni xəbərlər ABŞ-ın özündən gəldi."Bir əsirlik erməni yalanı və siyasi proses" mövzusunda beynəlxalq videokonfrans keçirilib.ABŞ-ın Tennesi Texnologiya Universitetinin ptofessoru Maykl Hanterin maraqlı məruzəsi əslində Trampın uydurma "erməni genosidinə "dəstək siyasəti əleyhinə "üsyanı"da adlandırıla bilər.
M.Hanter deyib ki,hələ 1915-ci il hadisələrindən 50 il qabaq erməni quldur dəstələri Osmanlı dövlətində dinc türklərə qanlı divanlar tuturdu.Cənab Hanter erməni cinayətkar dəstələrinin 1-ci Dünya Müharibəsinə qədər Osmanlıda cinayətlər törətdiklərinə dair faktlar gətirib və bildirib ki,bu cinayətlər hətta 1905-ci ildə "Ulduz"sarayında sultan 2-ci Əbdülhəmidin həyatına sui-qəsdə qədər inkişaf etdirildi.Hanter bu qənaətə gəlib ki,Osmanlı hökuməti məhz bu cinayətlərə görə ermənilərin daxili köçürülməsinə qərar vetmək zorunda qalıb. Professor qətiyyətli tərzdə iddia edib ku,bu gün Türkiyə arxivlərin açılmasında tam maraqlı olsa da,ermənilər qəti maraqlı deyillər və Odmanlı dövlətində quldur erməni dəstələrinin fəaliyyəti üzərindən sükutla keçmək istəyirlər.
İndi bütün bunlardan nəticəni birlikdə çıxaraq.ABŞ-da saxta "erməni genosidinə"dəstək siyasəti əleyhinə xüsusilə tarixçi alimlərin etirazları artacaq..