Gənc Könüllülərdəın prezidentə təşəkkür məktubu

"İlham Əliyevin Könüllüləri" İctimai Hərakatının şəhər və rayonlar üzrə məsul şəxsləriPrezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubda qeyd edilir ki, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığınız ardıcıl və məqsədyönlü iş ölkəmizin və xalqımızın bütün maneələrdən uğurla keçməsini təmin edib, böyük inkişafa nail olmağa tam şərait yaradıb. İndiyə qədər müxtəlif vaxtlarda üzləşdiyimiz qlobal iqtisadi böhranlardan Azərbaycan Respublikasının minimum itkilərlə çıxaraq yenidən böyük inkişafa nail olması Sizin düşünülmüş siyasətinizin və vaxtında atdığınız addımların real nəticələridir. Hazırda dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızı qorumaq üçün apardığınız müdrik siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Bu məsuliyyətli günlərdə Sizin rəhbərliyinizlə respublikamızda vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər ölkəmizdə yoluxma hallarının məhdudlaşdırılmasına təminat verir.

Bu böyük sınaq günlərində xalqımız qarşısında göstərdiyiniz böyük xidmətlərə görə Azərbaycan vətəndaşları olaraq sizə təşəkkür edib, işlərinizdə uğurlar arzu edirik.

Qeyd edək ki, təşkilat Koronavirus pandemiyası dövründə yaradılıb. Əsas məqsədi bu qlobal problemdə Azərbaycan vətəndaşları olaraq ölkə prezidenti ətrafında sıx birləşmək, aparılan siyasəti dəstəkləmək və sosial şəbəkələrdə aktiv şəkildə Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarını təbliğ etməkdir. Həmçinin Cənab Prezidentin çağırışına qoşularaq "Biz birlikdə gücluyük!" aksiyası çərçivəsində könüllü olaraq aztəminatlı ailələrə köməklik görsətməkdən ibarətdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31