"Siz bizim üçün ən müdrik Lider olaraq qalacaqsınız"- VƏTƏNDAŞLARDAN PREZİDENTƏ MİNNƏTDARLIQ MƏKTUBLARI

Ölkə  vətəndaşlarından Prezident  İlham  Əliyevin  ünvanına  minnətdarlıq məkrubları  gəlməkdə  davam  edir. Prezidentin  saytına istinadən  həmin  məktublardan  bir  neçəsini  təqdim  edirik:

Möhtərəm cənab Prezidentim.

Bütün dünyanı saran pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın doğru əllərdə olduğu bir daha sübut olundu. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir.

Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirik. Biz birlikdə güclüyük.

Güclü Azərbaycanın layiqli Lideri, Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Hüseynova Tünzalə Zahir qızı, Qubadlı rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri. 

xxx

Çox hörmətli cənab Prezident.

Mənim 28 yaşım var. Bu müraciəti cəbhə bölgəsi olan Ağdam rayonunun Çəmənli kəndindən böyük qürur hissi ilə yazıram.

Yürütdüyünüz uzaqgörən siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı və xalqın rifahı gündən-günə yaxşılaşır. Bütün bu işləri eyni vaxtda görmək əsl qəhramanlıqdır. Bu səbəbdən Sizi yorulmaz Lider hesab edirəm. İnanıram ki, bu qüvvəti, gücü Sizə xalqın sonsuz inamı və sevgisi verir.

Cənab Prezident, ölkəmizin inkişafı naminə misilsiz fəaliyyətinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli ancaq Sizin qətiyyətli mövqeyiniz sayəsində mümkündür. Sizin dünya azərbaycanlıları üçün gördüyünüz möhtəşəm işlər bütün xalqımız tərəfindən alqışlanaraq, heyranlıqla izlənilir.

Pandemiya ilə əlaqədar dünya ölkələrinin həyata keçirə bilmədikləri tədbirləri Siz vaxtında, çevik, ardıcıl və uğurlu şəkildə reallaşdıraraq, xalqımızı bu bəladan xilas edəcəyinizə inanırıq. Tapşırıqlarınıza və sərəncamlarınıza əsasən vətəndaşlarımıza göstərilən maddi və mənəvi yardımlar ürəkaçandır.

Möhtərəm Prezident, Siz xalqın xilaskarı olmaq missiyasını uğurla davam etdirirsiniz. Ağdamlılar hər zaman Sizinlədirlər. Allah Sizi xəta və bəladan qorusun.

Hörmətlə,

Quliyev Röyal.

Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.

xxx

Əziz Prezidentimiz.

Bu məktubu Sizə Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin 1-ci sinif şagirdi Quluzadə Zəhra yazır. Sizə təşəkkür edirik ki, bu çətin günlərdə belə biz uşaqları yaddan çıxarmır, qayğımıza qalırsınız. Atam deyir ki, güclü Liderimiz var, bizi bu bəladan qurtaracaq və biz yenə də həmişəki kimi firavan yaşayacağıq.

Biz də Sizin tapşırığınızı yerinə yetirib evdə qalır və dərslərimizi oxuyuruq. Sizin sayənizdə bu xəstəliyə tezliklə qalib gələrək, yenidən məktəbə qayıdacağımıza inanırıq.

Allah Sizi Qorusun. Sizi çox istəyirik.

Hörmətlə,

Quluzadə Zəhra Rövşən qızı.

Azərbaycan Respublikası, Neftçala rayonu, Aşağı Surra kəndi. 

xxx

Möhtərəm cənab Prezident.

Mən bir ağsaqqal kimi Sizin və Mehriban xanımın ölkəmiz qarşısındakı xidmətlərinizi yüksək qiymətləndirirəm. Sizin tapşırığınızla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində şükürlər olsun ki, pandemiya ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaqdır.

Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Gülalıyev Kərim İsgəndər oğlu.

Azərbaycan Respublikası, Şamaxı rayonu, Quşçu kəndi. 

xxx

Cənab Prezident.

Məlum olduğu kimi, dünyanı bürüyən koronavirus pandemiyası bir çox inkişaf etmiş ölkələrdə qarşısıalınmaz təhlükəyə çevrilib. Bu virus səbəbindən on minlərlə insan həyatını itirib. Təəssüflər olsun ki, virus bizim ölkəyə də gəlib çatıb və bizdə də həyatını itirənlər var.

Möhtərəm cənab Prezident, Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz sayəsində ölkəmizdə virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və xəstəlik nəzarət altında saxlanılır. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sistemində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı. Bundan əlavə, insanların evdə qalması ilə əlaqədar yarana biləcək digər problem bir qrup insanın sosial rifahı ilə bağlı idi. Lakin bu problemi də tez bir zamanda həll etdiniz. Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş verdiyiniz. Bundan əlavə, Sizin təşəbbüsünüzlə başladılmış yardım kampaniyasına ölkənin hər yerindən iş adamları da qoşularaq insanlara bu çətin durumda dəstək oldular.

Möhtərəm Prezidentimiz, bütün bu tədbirlər göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız və ölkəmizi yarana biləcək hər bir təhlükədən qorumaq iqtidarındasınız. Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

Seyidov Bəxtiyar Sahibqulu oğlu.

Azərbaycan Respublikası, Siyəzən rayonu. 

xxx

Cənab Prezidentimiz.

Mən Quba rayonunun Rustov kəndində ibtidai sinif müəllimi işləyirəm. Hər şeydən əvvəl demək istəyirəm ki, Sizinlə hər zaman qürur duyur, fəxr edirəm.

Dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi bir zamanda ölkəmizdə bu virusun yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq üçün gördüyünüz işlərinizi dəstəkləyir, buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin uzaqgörən siyasətiniz, xalqa olan diqqət və qayğınız, koronavirus pandemiyasına qarşı mübarizə üçün əvvəlcədən qəbul etdiyiniz qərarlar sayəsində itkilərimiz başqa ölkələrlə müqayisədə dəfələrlə azdır. Məhz bu işlərinizin nəticəsində xalqımız rahat yaşayır.

Biz ürəkdən inanırıq ki, ölkəmizi və xalqımızı bu çətin imtahandan da uğurla çıxaracaq, gözəl və uğurlu gələcəyə aparacaqsınız. Sizə cansağlığı və fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Dərin hörmətlə,

Mövlanova Aynur Afəddin qızı.

Azərbaycan Respublikası, Quba rayonu, Rustov kənd sakini.

xxx

Hörmətli cənab Prezident.

COVID-19 pandemiyasının tüğyan etdiyi, neftin qiymətinin aşağı düşdüyü, dünya iqtisadiyyatının çökdüyü bir zamanda biz - Şəki rayonunun Kiçik Dəhnə kəndinin ziyalıları Sizin yanınızdayıq. Uzaqgörənliyiniz, Vətənə sevginiz sayəsində Siz həmişə xalqın yanında oldunuz, həm maddi, həm də mənəvi dəstəyiniz nəticəsində ölkəni bu ağır vəziyyətdən çıxara bildiniz. Dünyanın ən inkişaf etmiş, qüdrətli hesab edilən dövlətləri bunu bacarmadılar.

Cənab Prezident, belə bir çətin zamanda Azərbaycan xalqı öz Liderinin - Sizin arxanızca getdi. Siz məhz uzaqgörən siyasətiniz, möhkəm iradəniz nəticəsində uğur qazana bildiniz. Ona görə Siz bizim üçün ən müdrik Lider olaraq qalacaqsınız.

Bu ağır günlərdə bir Lider, bir dövlət başçısı olaraq xalqımıza dayaq durduğunuz, kömək göstərdiyiniz, bizi bu pandemiyadan xilas etdiyiniz üçün Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Qeybullayev Mikayıl Valeh oğlu.

Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi.

xxx

Hörmətli cənab İlham Əliyev.

Bu gün dünyanı iflic vəziyyətinə salan koronavirus pandemiyası bir çox ölkələrdə xof və qorxu yaradıb. Amma yaşadığımız rayonun sakinləri adından deyə biləm ki, məhz Sizin sayənizdə biz bu qorxunu yaşamırıq.

Biz Sizə güvənirik, Sizə arxayınıq. Heç vaxt xalqını çətin vəziyyətdə qoymayan, ən sadə vətəndaşını düşünən və qayğısına qalan Prezidentimizə inanırıq. Siz ölkəmizin vətəndaşlarına daim həm maddi, həm də mənəvi dayaq olmusunuz. Ulu öndərimiz Heydər Əliyev də, Siz də daim xalqımızın xilaskarısınız.

Sizin "Biz birlikdə güclüyük", "Biz birlikdə qalib gələcəyik" çağırışlarınız bizim üçün çox əhəmiyyətlidir.

Mən təqaüddə olan bir müəllim kimi pensiyaçılar adından Sizə və ailənizə dərin təşəkkürümü bildirirəm. Yaşasın, Azərbaycan! Yaşasın, bizim Prezidentimiz!

Dərin hörmətlə,

Kərimov Kərim Şükür oğlu.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Sor-Şor kəndi.

xxx

Hörmətli cənab Prezident.

Dünyada və Azərbaycanda baş verən hadisələri izlədikcə Sizə və rəhbərliyinizlə gecə-gündüz çalışan insanlara təşəkkür etmək istəyirəm.

Bəşəriyyəti bürüyən bu virus özü ilə dünyaya iqtisadi çətinliklər də gətirdi. Yer kürəsinin hər yerində pandemiya səbəbindən yaranan iqtisadi və sosial çətinliklər ölkəmizdə demək olar ki, hiss olunmur. Çünki Siz həm bizim sağlamlığımızı qoruyur, həm də xalqımıza qayğı göstərir, heç bir çətinlik hiss etməyə imkan vermirsiniz.

Sizin tapşırığınızla uğurlu işlər həyata keçirilir. Prezidentimizin, dövlətimizin hər an vətəndaşın yanında olması, onlara dəstək verməsi bizlərə böyük qürur hissi yaşadır.

Sizə sonsuz təşəkkürümüzü bildiririk. Bayrağımız daim uca zirvələrdə dalğalansın.

Dərin hörmətlə,

Məmmədəliyev Nəriman Adil oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31