ABŞ-Azərbaycan Ticarət Palatası onlayn vebinar sessiya təşkil etdi

Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşəbbüsü və ölkəmizin ABŞ-dakı Səfirliyinin iştirakı ilə növbəti canlı konsulluq vebinar sessiyası baş tutub.

Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşəbbüsü və ölkəmizin ABŞ-dakı Səfirliyinin iştirakı ilə növbəti canlı konsulluq vebinar sessiyası baş tutub.

Olaylar.az bildirir ki, onlayn sessiyanın əsas məqsədi hal-hazırda ABŞ-da olan Azərbaycan vətəndaşlarına son məlumatları çatdırmaq, onların hazırkı vəziyyətini öyrənmək, suallarını cavablandırmaq və fikir mübadiləsi aparmaq olmuşdur.

Müzakirələrdə Azərbaycan vətəndaşları tərəfindən Azərbaycana avianəqliyyatın nə vaxt bərpa olunacağı, hal-hazırda akademik illəri sona çatan Azərbaycanlı tələbələrin planları və digər konsulluq məsələlərinə aid suallar qaldırılmışdır. Səfirlik tərəfindən artıq bir aya yaxın 24/7 rejiminində fəaliyyət göstərən Səfirliyin qaynar xətt nömrələri və email təqdim olunmuş, suallar canlı yayımda cavablandırılmış və Səfirlik tərəfindən bir daha konsulluq qeydiyyatından keçməyin çox vacib olduğu vurğulanmışdır.

Bundan əlavə ABŞ-da pandemiya ilə bağlı vəziyyət haqqında məlumat verilmiş, son tendensiyalar, tibbi avadanlıqlar, testlərin növü, aparılan araşdırmalar və proqnozlar barədə danışılmışdır. Eyni zamanda, Azərbaycanda karantin rejimindən mərhələli çıxış mexanizmi və məhdudiyyətlərin bir qisminin yumşaldılması haqqında da məlumat verilmişdir.

Daha sonra sessiyanın iştirakçıları canlı yayıma qoşulan izləyicilər tərəfindən ünvanlanan suallara cavab vermişdir.

Qeyd edək ki, səfirlik tərəfindən hazırda 4-cü dəfədir ki belə vebinar təşkil olunur. Canlı yayım 3 aprel tarixindən bəri hər cümə günü Vaşinqton vaxtilə 17.00-da canlı keçirilir. Vebinarda iştirak etmək üçün və ətraflı tanış olmaq üçün aşağıdakı linkdə tanış ola bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31