Qoşulmama Hərəkatına üzv ölkələrin liderləri videokonfransda iştirak edəcəklər
24 Aprel 2020 17:22 SiyasətMayın 4-də Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təklifi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin "Yeni Karonavirus pandemiyasına (COVİD-19) qarşı mübarizədə Birlik" adı altında videokonfrans şəklində keçiriləcək Sammitində Misir Ərəb Respublikasının Prezidenti cənab Abdel Fattah Al-Sisi-nin iştirak edəcəyini qeyd edib.
Səfir Adel İbrahim Olaylar.az bildirib ki, Misirin Qoşulmama Hərəkatındakı tarixi və qabaqcıl rolunu, xüsusilə də böhran dövrlərində çoxşaxəli iş sisteminin və beynəlxalq həmrəyliyin dəstəklənməsinin vacibliyinə daim sadiqdliyini vurğulayır.
Misir Səfiri əlavə edərək qeyd edir ki, cari ilin ikinci yarısında Misir Ərəb Respublikasının Prezidenti cənab Abdel Fattah Al-Sisi-nin Azərbaycana səfəri planlaşdırılmışdır. Diplomat bu səfərin Misir Prezidentinin Azərbaycan Respublikasına ilk səfəri olduğu üçün böyük əhəmmiyyət kəsb etdiyini vurğulayaraq sözügedən səfərin vaxtına dair qərarın Karonavirus pandemiyasınnın (COVİD-19) yayılması ilə əlaqədar vəziyyətə uyğun olaraq daha sonra veriləcəyini diqqətə çatdırdı.