Ermənistanda danışıqların üzərindən xətt çəkilir
24 Aprel 2020 13:50 SiyasətMəhəmməd Əsədullazadə: "Azərbaycan prezidenti İlham Əliyevin prosesə müdaxiləsi danışıqlarda yeni situasiyanın başlanmasına gətirə bilər"
"Dövlət başçısının məhz birbaşa iştirakı ilə diplomatik informasiya savaşındakı proseslərdə Azərbaycanın mövqeyi güclənib"
Ermənistan rəhbərliyi, bu ölkənin rəsmilərinin müntəzəm olaraq Dağlıq Qarabağ probleminin həlli ilə bağlı verdikləri təxribat xarakterli, danışıqların mahiyyətini pozmağa yönəlik açıqlamaları işğalçı ölkənin əsl simasını üzə çıxarmaqla yanaşı, İrəvanın hələ də problemin sülh yolu ilə həllinə hazır olmadığını təsdiqləyir. Elə bu günlərdə şimal qonşumuzdan münaqişənin həlli ilə bağlı səslənən fikirlərər İrəvandan sərt cavabın verilməsi də bunu sübut edir. Maraqlı məqam ondan ibarətdir ki, Ermənistan artıq nümayişkəranə şəkildə Rusiya rəsmilərini ciddi tərzdə təkzib edir, onlardan Qarabağ məsələsində işğalçı ölkənin maraqlarına xidmət edən açıqlamalar veməsini istəyirlər. Hər halda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ problemi ilə bağlı son açıqlamasına onun erməni həmkarının nümayiş etdirdiyi sərt ritorika belə deməyə əsas verir. Ermənistan xarici siyasət idarəsi rəhbərliyi tərəfindən nümayiş etdirilən bu mövqe eyni zamanda İrəvanın Moskvaya dirəniş göstərməsi, onunla artıq heç bir məsələdə hesablaşmaq niyyətində olmadığını ortaya qoyur. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiyanın Xarixci İşlər Nazirliyinin Ermənistanın xarici işlər nazirinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı güzəştsiz açıqlamasına verdiyi cavab danışıqların dondurulmaması və davam etdirilməsini ehtiva etməklə yanaşı, iki ölkə nazirlikləri arasında ciddi problemin yaşanmasına gətirib çıxarıb. Politoloqun qənaətincə, Ermənistan hakimiyyəti Rusiyanın bu mövqeyini qəbuledilməz olduğunu vurğulamaqla demək olar ki, Rusiya Xarici İşlər Nazirliyinə müharibə elan edib: "İki nazirlik arasında söz davasının artıq siyasi böhrana çevrilməsində Ermənistan tərəfi maraqlı görünür. Ermənistanın xarici işlər nazirirəhbəri Z.Mnatsakanyan açıq konteksdə heç bir güzəştə getməyəcəklərini qeyd etməklə, yanaşı rəhbəri olduğu nazirlikdə heç bir mərhələli həll variantlarını müzakirə etmədiklərini rəsmi şəkildə vurğulayıb. Ermənistanın bu rəsmi mövqeyi Moskvanın "Kazan" formulu və ötən il Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunmuş razılığın əleyhinə olmaqla, Kremlin vasitəçiliyinə demarşdır". Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistan tərəfinin məlum açıqlamasından sonra hansı əsaslarla danışıqların növbəti mərhələsi başlayacaq, bu maraqlıdır: "Rusiya XİN Ermənistana ciddi təzyiqlər edəcək və növbəti danışıqlar masasına əyləşməyə gətirəcək. Amma, ərazilərin qaytarılması məsələsinə gəldikdə isə, Moskvada Qarabağın ilkin statusu və sonrakı prosesdə ərazilərin qaytarılması məsələsini ortaya qoyur. Qeyd edim ki, Azərbaycan XİN konkret şərtlərlə danışıqlara getməsini elan etməli və vaxt verməlidir". Politoloqun sözlərinə görə, bu il yanvar ayında Cenevrədə üç gün ərzində aparılan danışıqlar barədə məxfiliyin saxlanılması razılaşdırılmışdı: "Göründüyü kimi Ermənistanda həmin danışıqların üzərindən xətt çəkir. Azərbaycan Moskva ilə konfidensial danışıqlar aparmaqla prosesi bu mərhələyə gətirmişdi. Yenidən Ermənistan prosesi tormozladı. Hazırda Birləşmiş Ştatlar və Fransa koronovirusa qarşı mübarizə aparır. Daxili problemlərlə məşğuldur. İki ölkənin gündəliyində Qarabağ münaqişəsinin nizamlanması yoxdur. Prosesdə Rusiya aktivdir və rəsmi Bakı ciddi şəkildə Kremllə koordinasiyalı çalışmakıdır. Amma, gözlənilən reaksiyanı görmədik. Moskvada bunun qarşısını alan qüvvə prosesdən neytrallaşdırılmalıdır. Azərbaycan prezidenti İlham Əliyevin prosesə müdaxiləsi danışıqlarda yeni situasiyanın başlanmasına gətirə bilər. Dövlət başçısının məhz birbaşa iştirakı ilə diplomatik informasiya savaşındakı proseslərdə Azərbaycanın mövqeyi güclənib". Politoloq onu da deyib ki, Ermənistanda Sergey Lavrovun bəyanatı çox ciddi rezonans doğurub: "Baş nazir Nikol Paşinyan masada olan həll variantlarını yaxşı bilir və qəbul edib. Amma, ərazilərin boşaldılması məsələsini ört-basdir etməsi daxili faktordan qaynaqlanır. Bunun açıqlanması hazırkı məqamda görünür Paşinyan üçün daxildə problemlərə yol aça bilər və o, bundan ehtiyatlanır. Bundan əlavə, Rusiya da buna maraqlı deyil".
Məhəmməd