Deputat Qarabağla bağlı dinləmələrin keçirilməsini təklif edib
“Qarabağ Azərbaycandır və nida işarəsi. Bu, tək sözlər deyil, bir fəlsəfədir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Milli Məclisin Səməd Seyidov bildirib.
24 Aprel 2020 11:59 Siyasət"Qarabağ Azərbaycandır və nida işarəsi. Bu, tək sözlər deyil, bir fəlsəfədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Milli Məclisin Səməd Seyidov bildirib. S. Seyidov deyib ki, Ermənistan Xarici İşlər nazirinin son bəyanatı sonuncu təxribat deyil: "Ermənistan əlindən gələni edib ki, status-kvo qalsın. Bunlar prezidentlərini belə devirib, parlamentlərini güllələyib, insanlığa qarış bütün cinayətləri ediblər, təki işğal olunmuş torpaqları saxlasınlar, status-kvo dəyişməsin. Bu da baş tutmayanda danışıqlardan qaçıblar. Parisdə Köçəryan danışıqlarda 5 dəqiqə fasilə istəyib, təyyarəyə minib qaçmışdı. Təəssüf ki, bu gün Paşinyan həmin siyasəti başqa yolla davam etdirir".