Milli Məclisin gündəliyi dəyişdirildi
24 Aprel 2020 11:47 SiyasətMilli Məclisin aprelin 24-də keçirilən plenar iclasının gündəliyi dəyişib. "Olaylar" xəbər verir ki, bunu parlamentin spikeri Sahibə Qafarova deyib. Spiker bildirib ki, gündəliyin Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında olan 9-cu məsələsi gündəlikdən çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31