Xalq və iqtidar həmrəyliyinin bariz nümunəsi

"Sizin "Biz birlikdə güclüyük!" çağırışınız xalqımıza mənəvi güc verir"

Ölkə əhalisinin sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövlətinin prioritet hesab etdiyi məsələlərdəndir. Elə bu səbəbdən də dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə ölkədə uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir. Əslində bu siyasət İlham Əliyevin prezident vəzifəsinə seçildiyi andan yürüdülməkdədir. Artıq qətiyyətlə demək olar ki, dövlət başçısı seçkiöncəsi verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirib, bu gün də həmin siyasət davam etdirilməkdədir. Elə bu səbəbdən də dəfələrlə keçirilən sorğularda prezident İlham Əliyevin xalq tərəfindən dəstəkləndiyi təsdiqini tapıb. Dövlət başçsı İlham Əlievin yürütdüyü sosial siyasət dünyanı cənginə almış koronavirus epidemiyasının tüğyan etdiyi dövrdə özünü bir daha büruzə verdi. Əslində prezident İlham Əliyev dəfələrlə sübut edib ki, bütün çətin anlarda öz xalqının yanındadır, xalqın sağlamlığı, təhlükəsizliyi və rifah halının yüksəlməsi onun fəliyyətinin əsas qayəsini təşkil edir. Ölkədə baş verən təbii fəlakətlər və kataklizm hadisələri zamanı bu amil dəfələrlə təsdiqini tapıb. Adətən, böhran, təbii fəlakət və digər katakilizm hadisələri  zamanı digər ölkələrdə ictimai-siyasi təlatümlər olduğu halda, Azərbaycanda sabitlik həm qorunub, həm də möhkəmlənib. Məhz bu sabitliyin nəticəsidir ki, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar iqtidarın siyasətinə etimad göstərir və bu siyasəti dəstəkləyirlər.

Koronavirus pondemiyasının Azərbaycanda da qeydə alındığı ilk anlardan dövlət başçısının atdığı addımlar, qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar həm ölkə ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirildi. Xüsusilə, dövlət başçısının belə bir həssas məqamda #evdeqal, #Bizbirlikdəgüclüyük, "Azərbaycan həkimlərinə eşq olsun!" çağırışları ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Ardınca dövlət başçısının təşəbbüsü ilə koronavirus pandemiyasından zərər çəkmiş ölkə vətəndaşlarına kömək məqsədilə irəli sürülən dəstək proqramlarının tətbiqinə başlanıldı. Məhz bu kimi amillər sözün həqiqi mənasında Azərbaycan vətəndaşlarında dövlətə və döblət başçısı İlham Əliyevə etimadı artırdı, hər zaman arxalarında İlham Əliyev kimi prezidenlərinin olduğunu yəqin etdilər. Elə prezident İlham Əliyevə ölkə vətəndaşlarından ünvanlanan təşəkkür məktubları da dediklərimizi bir daha sübut edir.

Kəlbəcər rayonunun 87 yaşlı sakini, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri Qənbər Qurbanov dövlət başçısına ünvanladığı məktubda qeyd edib ki, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız xalqımıza mənəvi güc verir: "Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirləri bizdə böyük qürur hissi yaradıb. Dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ pandemiya elan olunmamışdan əvvəl Sizin uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində, şükürlər olsun ki, ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir".

Lənkəran rayonunun Türkəkəran kəndinin sakini Saleh Cəfərovun yazdığı məktubda qeyd olunub ki, dünyanı cənginə almış COVID-19 xəstəliyinə qarşı bütün vətəndaşlarımızı öz ətrafında birləşdirərək Siz xalqımızı, o cümlədən bizi xəstəliyə qarşı mübarizəyə səfərbər etmisiniz:" Mən nəvə və nəticələrim daxil olmaqla ailəmin 75 üzvü adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz qılmaqla Allaha dualar edirəm".

Dünya və Avropa çempionu, Prezident mükafatçısı, Əməkdar idman ustası Vüqar Namazov yazır:"Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına Sizin gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində nail ola bilmişik. Bu, ancaq Sizin uzaqgörən siyasətinizin və xalqımıza qayğınızın sayəsində mümkün ola bilərdi. Bu çətin vəziyyətə heç bir dövlət hazır deyildi və Sizin çevik qərarlarınız nəticəsində dövlətimiz bütün dünyaya nümunə oldu. İdman sahəsində olduğu kimi, digər bütün sahələrdə də yanımızda olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm".

Astara Rayon Ağsaqqallar Şurasının sədri Gülağa Rzayev qeyd edib ki, Sizi bütün varlığı ilə sevən xalqımız hər bir sahədə həyata keçirdiyiniz məqsədəuyğun tədbirləri alqışlayır: "Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətlə yanaşı, sosial sahədə atdığınız addımlar hər bir Azərbaycan vətəndaşının yanında olduğunuzun bariz nümunəsidir. Pandemiyanın bütün dünyada tüğyan etdiyi bir vaxtda uzaqgörən siyasətinizlə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xalqımızın bu bəladan xilas olması yolunu müəyyənləşdirdi. Sərhədlərin vaxtında bağlanması, karantin rejiminin tətbiqi, həkimlərin, tibb işçilərinin səfərbər olması, yeni xəstəxanaların tikilib istifadəyə verilməsi Sizin "Vətəndaşlarımızın sağlamlığı hər şeydən üstündür" ifadənizin təsdiqidir. Xüsusilə Sizin Sərəncamınızla imkansız ailələrə, yaşlı, ahıl insanlara hərtərəfli yardımların göstərilməsi vətəndaşlarımızın özlərindən çox Sizin onları düşündüyünüzün ən gözəl nümunəsidir".

Bakının Yasamal rayonunda yaşayan Qarabağ müharibəsi əlili Söhrab Qasımov: "Mən Qarabağ müharibəsi əlili olaraq bu çətin günlərdə Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Koronavirusun ağuşuna aldığı ölkələrin statistikasını ölkəmizdəki vəziyyətlə müqayisə etdikdə Sizinlə qürur duyuram. Bu göstərici Sizin gərgin əməyinizin nəticəsidir. Allah Sizi qorusun! Mən fəxr edirəm ki, Ulu Öndərin qurduğu müasir Azərbaycan belə əmin əllərdədir."

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli yazıb ki, cəmiyyətimiz bir daha yüksək keyfiyyətlərini ifadə edərək Azərbaycan xalqı ilə hakimiyyətin möhkəm birliyini, Prezidentin həmişə xalqın, xalqın həmişə Prezidentinin yanında olmasını bir daha təsdiq etdi:"Bəşəriyyət koronavirus pandemiyasının tüğyanına məruz qalmış, inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətləri dəhşətli bir sınağa çəkmişdir. Bu, insan həyatının bütün sahələrinə mənfi təsirini göstərməkdədir. Dəhşətli xəstəlik dünyanın əksər ölkələrində, o cümlədən inkişaf etmiş ölkələrdə çoxsaylı insan tələfatlarına səbəb olmaqla, eyni zamanda, bir çox hallarda onları pandemiyanın qarşısının alınmasında aciz vəziyyətə salmışdır. Ölkələr koronovirusla mübarizədə müxtəlif vaxtlarda və müxtəlif formalarda başladılar. Sizin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vəziyyəti düzgün qiymətləndirməyiniz, vaxtında qəbul etdiyiniz qərarlar və qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun geniş yayılmasının, çoxsaylı insan tələfatının qarşısı alındı. Sizin "Biz birlikdə güclüyük" çağırışınız cəmiyyətdə bir şüara çevrildi".

Göyçay rayonunun Ləkçılpaq kəndinin sakini Arif İsmayılov: "Bütün dünyada minlərlə insanın ölümünə səbəb olan virusun bizim ölkəmizdə yayılmasının qarşısının alınmasında gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə kəndimizin 6 mindən çox əhalisi adından minnətdarlığımızı bildirirəm. Dövlətimizin və xalqımızın firavan yaşaması üçün var gücünüzlə çalışaraq ərsəyə gətirdiyiniz bütün işlərdə Sizinlə yanaşı, Mehriban xanımın da əməyi danılmazdır. Bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşı Sizin üçün əziz və qiymətlidir. Uca Allah Sizi və ailənizi qorusun!".

Göründüyü kimi, Azərbaycan ictimaiyyəti ölkəmizdə gedən islahatlara, sosial layihələrə, sabitliyə, xalqın rifah halının yüksək olmasına biganə qala bilmir və öz istək və arzularını dövlət başçısına çatdırırlar. Birmənalı şəkildə etiraf edirlər ki, baxmayaraq ki, beynəlxalq miqyasda Azərbaycan həqiqətləri təhrif edilir, uğurlara qısqanclıqla yanaşılır, xristian həmrəyliyi, erməni lobbiçiliyinin də mənfi təsiri danılmazdır, amma prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində mütəmadi olaraq, ölkənin nüfuzu, inkişafı, demokratiyanın, dövlət siyasətinin uğurları günü-gündən artır.  Sadalanan faktlar dsdeməyə əsas verir ki, ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31