Azərbaycan Ordusunun minaatan batareyaları döyüş atışları icra edir
23 Aprel 2020 15:14 SiyasətMüdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.
"OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə atəş açmaqla qarşıya qoyulan tapşırıqları icra edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31