Siz hər bir vətəndaşın Prezidentisiniz! --Siyasi partiyalar

Son 16 il də, Azərbaycan öz gücünü, qüdrətini düşünülmüş, məqsədyönlü siyasəti ilə dünyaya nümayiş etdirib. Həm də, hesablaşan və birmənalı şəkildə qəbul edilən dövlətlərdən olduğunu göstərib. Elə uzağa getməyək, dünyanın bir çox böyük dövlətlərinin belə koronavirus pandemiyasının ağır fəsadları qarşısında çıxılmaz durumda qaldığı məqamda, Azərbaycan Prezidenti İlham Əliyevin ağıllı, müdirik siyasəti nəticəsində ölkəmiz bu bəşəri bəladan qorunmağı bacardı.

"Biz birlikdə güclüyük" deyə bəyan edən Prezident İlham Əliyev bu pandemiyanın yayılmasının qarşısını almaq üçün "Evdə qal" kampaniyasına əməl edən əhalinin üzləşdiyi sosial və iqtisadi problemlərin həll edilməsi üçün mühüm sərəncamlar imzaladı, qərarlar verdi. Bütün bunlar xalqda məmnunluq, xoş münasibətlər yaradır və minnətdarlıqlarını Prezidentə ünvanladıqları məktublarında daha açıq və səmimi şəkil də ifadə edirlər: "Ulu Yaradanın lütfü ilə Siz insanlara ümid bəxş edən, həyatları xilas edən qəhrəman Vətən övladı timsalında xalqın qəlbində yer almısınız. Əminik ki, Sizin rəhbərliyinizlə görülən misilsiz tədbirlər, bu mürəkkəb dövrdə iqtisadi islahatların davam etdirilməsi yönündə səyləriniz, sosial rifaha dair addımlarınız və ən əsası, xalq-dövlət birliyi sayəsində Azərbaycan bu sınaqdan tezliklə uğurla çıxacaqdır ". Bir sözlə, xalq-Prezident birliyi bu ağır və çətin dönəm də daha açıq və aydın şəkildə özünü göstərir. Bu da Prezidentə ünvanlanan minnətdarlıq məktublarında qeyd olunduğu kimi, koronavirusla mübarizədə, xalqımızın üzüağ çıxacağından xəbər verir. Çünki, xalq-iqtidar birliyi, bərabərliyi olan yerdə problemlər ola bilməz, çətinliklərdə aradan qaldırılar.

Ümumxalq birlik müsbət nəticələr verir

Bəlli olduğu kimi, aprelin 17-də Azərbaycan Respublikasınını Milli Məclisində təmsil olunan siyasi partiyalar COVİD-19 pandemiyasının qarşısının alınması və sosial-iqtisadi fəsadlarının aradan qaldırılması tədbirləri ilə əlaqədar bəyanat imzalayıblar.

Bəyanatı Yeni Azərbaycan Partiyası, "Ana Vətən" Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası imzalayıblar. Bəyanatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü ilə və rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən həyata keçirilən, COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirləri, virusa yoluxma hallarının və təhlükəsinin azaldılması məqsədilə hərəkətin məhdudlaşdırılması və xüsusi karantin rejiminin tətbiqini, xəstəliyə yoluxanların müalicəsinin təşkili ilə əlaqədar operativ və kompleks işləri, sərhədlərin bağlanması nəticəsində xarici ölkələrdə qalmış çoxsaylı Azərbaycan vətəndaşlarının, o cümlədən xaricdə təhsil alan tələbələrin dövlət hesabına vətənə qaytarılmasını, əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində əlavə tədbirləri, aztəminatlı ailələrin üzvləri olan və ödənişli təhsil alan tələbələrin pandemiyaya qarşı mübarizə dövründə təhsil haqqını ödəməkdən azad edilməsini və digər məsələləri bütün siyasi partiyaların, ictimai təşkilatların və vətəndaş cəmiyyəti qurumlarının COVİD-19 pandemiyasının və onun yarada biləcəyi sosial-iqtisadi nəticələrinin tezliklə aradan qaldırılması naminə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirləri dəstəkləməyə, həmin tədbirlərin uğurla həyata keçirilməsinə öz imkanları daxilində kömək göstərməyə dəvət edilir. Sənəddə deyilir: "Biz, bu bəyanatı imzalayan siyasi partiyalar COVİD-19 pandemiyasının bütün dünyada tuğyan etdiyi, yüz minlərlə insanın həyatını itirdiyi, pandemiyanın nəticəsində son onilliklərin ən dərin böhranının meydana gəlməsi təhlükəsinin yarandığı, sosial və iqtisadi həyatın çox ciddi təsirlərə məruz qaldığı, pandemiyanın fəsadlarının Azərbaycanda da özünü göstərdiyi bir zamanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, meydana çıxan sosial-iqtisadi problemlərin aradan qaldırılması sahəsində ölkəmizdə həyata keçirilən kompleks və qabaqlayıcı tədbirlərin əhəmiyyətini və onların müsbət nəticələrinin əldə olunmasında siyasi partiyaların məsuliyyətini dərk edərək, milli birliyin və həmrəyliyin daha da möhkəmləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31