Xalqa qarşı düşmənçilik yolu tutanlar koronavirusun yayılmasına sevinirlər
22 Aprel 2020 12:46 Siyasət"Hamı öz liderinin iradəsi ilə həyatın yenidən öz axarına düşəcəyinə əmindir"
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə olduqca əhəmiyyətli, proqram xarakterli konseptual fikirlər diqqəti cəlb etdi. Dövlət başçısının ölkənin müasir siyasi mənzərəsini əks etdirən dərin məzmunlu çıxışında mühüm əhəmiyyət kəsb edən çoxsaylı tezislərin bir neçəsi xüsusi maraq doğurur. Bu gün Azərbaycan qətiyyətli demokratik islahatlar həyata keçirir, hakimiyyətin nümayiş etdirdiyi güclü və cəsarətli siyasi iradə sayəsində cəmiyyətin ümumi harmoniyası möhkəmlənir. Siyasi sistem təkmilləşir, müasirləşir, siyasi münasibətlər sağlam zəmində qurulur və siyasi sistemin yeni konfiqurasiyasına yol açan cəsarətli addımlar atılır. YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, hakimiyyət üçün demokratik meyar bütün siyasi qüvvələr tərəfindən dövlətçilik və müstəqillik prinsiplərini möhkəmləndirən siyasi sistemin yaradılmasıdır. Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Azərbaycan hakimiyyətinin vətəndaş həmrəyliyinin, demokratik prinsiplərin qorunmasında və inkişafında nə qədər maraqlı olduğunu nümayiş etdirir: "Bütün siyasi qüvvələr üçün bir amal, fundamental bir prinsip alidir - müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqları. Siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur, hər bir siyasi qüvvə üçün bir amal dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Ümummilli məsələlərin həlli daim iqtidar-müxalifət münasibətlərini bir kənara qoyub ümumi mövqe nümayiş etdirməyi, vahid yanaşma ortaya qoymağı tələb edir. Bu isə iqtidar-müxalifət dialoqunun bütün dövrlər üçün öz aktuallığını qoruduğunu göstərir. Hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Siyasi arxitekturanın yeni təməllərinin atıldığı milli birlik ideyasının dərinləşdiyi bir ərəfədə təəssüf ki, dialoqdan imtina edənlər də vardır. Onlar siyasi qüvvə deyil, intriqa, xaos və cəmiyyətdə dağıdıcılıq meyillərinin təlqin edənlərdir. Cənab Prezidentin haqlı olaraq vurğuladığı kimi həmin düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar, onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir, ölkəmiz, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Həmişə nəyisə gözləyən, xarici rüzgarın təsiri ilə sağa-sola dolaşıq addımlar atan və xarici amilə ümid edən bu "kaloniya sakinləri" bəşəriyyətin ümumi bəlası olan koronavirusa sevinir, bu, öldürücü xəstəliyin dərinləşməsini, genişlənməsini, ölkəni başdan-ayağa bürüməsini arzulayırlar. İnsan nə qədər mənfur və idbar olmalıdır, şeytan xislətini içində gizlədib xalqın faciəsi üzərində öz çirkin niyyətlərinə çatmaq üçün fürsət gözləməlidir?". Onun sözlərinə görə, düşmən dəyirmanına su tökən bu qüvvələr şər - böhtan üyütməklə öz xalqına uğursuzluq və faciələr arzulayırlar: "Bu bəd əməllərin niyyətləri müxalifətçilik prinsipləri ilə deyil, düşmənçilik münasibətləri ilə üst-üstə düşür. Dövlətə qarşı düşmənçilik əməllərindən yorulmayan Əli Kərimli və onun çətiri altına sığınmış "Milli Şura" təmsilçiləri, digər beşinci kalon üzvləri o qədər şərəf hislərini itirblər ki, dövlətin ünvanına böhtan atmaqdam utanmırlar. İnternetin kəsilməsini neçə günlərdir "reklam edən" Əli Kərimli səhərdən axşama Sevinc Osmanqızı, Qəhimət Zahidov kim antimilli ünsürlərin internet televiziyasından düşmür, hədyanlar yağdırır. Axı, onun evi mobil rabitə blokadasına alınıbsa xariclə necə danışır, həmin elektron TV-lərə, sosial mediaya neçə çıxa bilir? Bəlkə kosmosdan Əli Kərimli üçün xüsusi internet, peyk rabitəsi qurulub? Bu qədər saxtakarlıq edən adamdan nə gözləyəsən? Bunlar Allahdan qorxmurlarmı? Tanrının ən gözəl neməti olan insanın ölüm-dirim savaşı apardığı təlatümlərdə mənfəət güdmək, dövlətin və xalqın zərərlərinə sevinmək nə dinimizə, nə mənəvi dəyərlərimizə, nə də ümumiyyətlə insanlığa yaraşmır. Bunu ancaq soysuzlar və xainlərə yaraşdırmaq olar. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmalar da belələrdəndir. Bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Azərbaycan xalq-iqtidar birliyi və sağlam müxalifətlə birlikdə güclüdr və bu birlik hər zaman bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Prezident İlham Əliyevin dövlətin və xalqın maraqlarını ifadə etməsi və uzaqgörən düzgün kommunikasiya siyasəti isə hakimiyyətə olan etimadı gücləndirir. Güc isə bütün çətinlikləri dəf edir".
xxx
V. Abdullayev əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevə xalqımızın dərin möhtəşəm etimadının sonsuz olması məlumdur: "Cənab Prezidentə son günlər müxtəlif sosial qrupları əhatə edən vətəndaşların çoxminli müraciətlərində xüsusi məhəbbəti, səmimiyyəti, dərin minnətdarlığı görmək olar. Bu müraciətlərin hər birində qədirbilən insanların bu ağır günlərdə əsil vətəndaşlıq nümunəsi nümayiş etdirilir, koronavirusla mübarizədə dövlətimizin başçısının bütün istiqamətlər üzrə atdığı qətiyyətli addımlar, göstərdiyi xüsusi diqqət və qayğı alqışlanır. Budur, əsil dövlət və xalq birliyinin möhtəşəmliyi. "Allah Sizi bizə çox görməsin!", Qarabağ müharibəsi veteranlarından birinin müraciətindəndir. Sağlamlığını Ana Vətən yolunda itirmiş bu qazimiz indi müəllim kimi torpağa məhəbbəti, vətənpərvərliyi öz şagirdlərinə öyrədir, yorulmur, bu zövqverici peşəsindən qürur hissi keçirir. "Evdə Qal"sa da şagirdləri ilə əlaqəni itirmir, Azərbaycan hökumətinin əzm və iradə ilə vətəndaşlarının sağlamlığı və sosial qayğısı naminə gördüyü misilsiz işləri təbliğ edir, əsil Qazi-Müəllim kimi milyonlara örnək olur.
Öz doğma yurdlarını itirmiş məcburi köçkünlərin müraciətlərində də Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olan sevgi və ehtiram ifadə olunur. Olduqca nikbin bu vətəndaşlar pandemiaya və daha böyük virus olan ermənilərə məhz İlham Əliyevin müdrik qərarları sayəsində qələbə qazanacağımıza inamlıdırlar. 69 yaşlı təqaüdçünün dövlət başçısına məktubunda kövrək bir qəlbin xoş duyğularını, ağsaqqal öyüdünü, müdrikliyini görməmək olmur. Xalqımızın hər bir ailəsini öz ailəsi kimi doğma, hər vətəndaşı öz övladı hesab edən ahıl yaşlı vətəndaşımızın arzuları, duaları sonsuzdur, müqəddəsdir. Qol çırmayıb torpağı əkib-becərən, məhsul toplayan kəndli də, əli işdən ayrılmayan fəhlə də, sahibkar, fermer də, səngərdə Vətənin keşiyində ayıq-sayıq dayanan əsgər də Prezidentinə üz tutaraq ölkəmizin çətin dönəmində dayanmadan, yorulmadan apardığı islahatları alqışlayırlar, şəfqət, mərhəmət, humanizm kimi həyati dəyərlərə xüsusi önəm verməsini, əsil rəhbər qayğısını unutmayacaqlarını bildirirlər.
Prezidentə müraciətlər, məktublar saysız-hesabsızdır. "Nə xoşbəxtik ki, Vətənin bu çətin günündə daim xalqının yanında olan, ürəyi xalqı ilə döyünən Prezidentimiz var", "Siz xalqımıza dayaqsınız", Biz də hər zaman Sizin arxanızdayıq". Tələbədən müəllimə, gənclərdən yaşlı insanlara qədər hər kəs Onun və Mehriban xanımın qəlbinin mərhəmətindən, sevgisinin dərinliyindən, qayğıkeşliydən müdrikliyindən yazır. Hər kəs Onun yanındadır. Hamı öz Liderinin böyük iradəsi ilə həyatın yenidən öz axarına düşəcəyinə, xoş sabahlara çatacağına əmindir".
Alim