Zirehli transportyorların döyüş hazırlığı yüksəldilir

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorlar (ZTR) və digər təkərli döyüş maşınlarının ekipajlarının döyüş hazırlığı yüksəldilir. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, ümumqoşun poliqonlarının təlim nöqtələrində ZTR ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirirlər.
Təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31