Postneft erasında dünyada "su müharibələri" olacaq – Münasibət
21 Aprel 2020 13:54 SiyasətATƏT yenə baş qatmaqla məşquldur. Görüşdən imtina etmək olmazdı mı? Bəlkə cəbhədə ermənilərin provokasiyalarını bəhanə etmək və ümumiyyətlə Paşinyanın destruktiv Qarabağ siyasətini göstərməklə Mnasakyanı qapı ( bu dəfə monitorun arxasında) qoymaq olardı?
Sabah Azərbaycan və Ermənistan XİN rəhbərlərinin video-konfrans formatında görüşü olacaq.
Bugünkü hadisələr bir daha göstərdi ki, postneft erasında dünyada "su müharibələri" olacaq.
Bu fikirləri Olaylar.az-a Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov deyib.
O bildirib ki, Cənubi Qafqazda ən pis vəziyyətin bizdə olmasını nəzərə alsaq nəinki tarixi torpaqlarımızın qaytarılması, eyni zamanda indiki Ermənistan ərazisindəki bəzi rayonlarun da geri alınması məqsədimiz olmalıdır: "Həm Qarabağı, həm də digər torpaqları geri qaytarmaq bizim üçün hava və su kimi lazımdır. Aqrar sahədən tutmuş, sənayenin müxtəlif sahələrinə qədər hər yerdə suya ehtiyac var. Eyni zamanda, əsas hədəflərimiz Xəzər dənizindəki və bölgədəki digər su vadilərindən effektiv istifadə etmək olmalıdır".