MM-in növbəti iclasının gündəliyi açıqlandı
21 Aprel 2020 11:22 SiyasətMilli Məclisin aprelin 24-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Parlamentin Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib. Belə ki, deputatlar ilk növbədə Ombudsmanın illik məruzəsi, sonra "Torpaq icarəsi haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunlara dəyişiklik ediləsi haqqında qanun layihəsi, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli qanunu ilə təsdiq edilən "Yaşayış yer və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanunun tətbiq edilməsi haqqında Əsasnamədə" dəyişiklik edilməsi haqqında qanun layihəsi "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi" haqqında qanunlara dəyişiklik edilməsi və dgər layihələr barədə müzakirə aparacaqlar. Qeyd edək ki, Milli Məclisin plenar iclasları saat 11-00-da başlayır.