"Azərbaycanın işıqlı gələcəyini Sizin rəhbərliyinizlə davam etdirəcəyik" -PREZİDENTƏ YAZIRLAR

Hörmətli cənab Prezident.
Bu gün dünyanı cənginə alan koronovirus bəlasına qarşı yubanmadan, təxirəsalınmaz addımlar atmağınız, eyni zamanda, xalqımızın qayğısına qalaraq çox ciddi göstərişlər verməyiniz bizi çox sevindirir. Sizinlə qürur duyuruq. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə bu bəladan xilas olacağıq. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bütün azərbaycanlıları ayağa qaldırdı. Doğrudan da biz birlikdə güclüyük.
Əziz Prezidentimiz, Siz dahi siyasətçi, müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirərək, ölkəmizi sürətli inkişaf yoluna çıxardınız. Sizin həyata keçirdiyiniz iqtisadi islahatlar, kadr dəyişiklikləri, idarəetmənin daim təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi xalqımız tərəfindən bəyənilir və müdafiə olunur.
Çox hörmətli cənab Prezidentimiz, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, Vətən və xalq naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Yaradan günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı, Sizi və ailənizi qorusun.
Dərin hörmətlə,
Quliyev Fərhad Bakir oğlu
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Şahsevən Təzəkənd kəndi.
xxx

Möhtərəm cənab Prezident.
Tarixin müxtəlif dövrlərində bəşəriyyət bir sıra xəstəlik, epidemiya, xəstəlik, təbii fəlakət, iqtisadi böhranlarla üzləşmiş, yalnız güclü, ağıllı liderləri olan dövlətlər bu xəstəliklərdən, bəlalardan xilas ola bilmişlər. COVİD-19-un yarandığı ilk gündən onunla mübarizədə ortaya qətiyyətli iradə qoymağınız, "Biz birlikdə güclüyük!" şüarı ilə xalqı vahid yumruq halında birləşdirməyiniz xalqımızın liderinə olan inamını daha da gücləndirdi. Nazirlər Kabineti yanında Operativ Qrup yaratmağınız əhalini xəstəlik barədə məlumatlandırmaq yolunda ən düzgün addım oldu. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması xalqımızın ürəyincə oldu ki, xeyirxah insanlarımız bu Fonda vermiş olduqları ianələrlə dövlətimizin, Prezidentimizin yanında olduqlarını göstərdilər. Pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün verdiyiniz Sərəncam və Fərmanlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. İnanırıq ki, apardığınız düşünülmüş siyasət sayəsində ölkəmiz bu vəziyyətdən də uğurla çıxacaq. Pandemiya ilə mübarizəyə göstərdiyiniz maddi-mənəvi dəstək bu bəladan qalib kimi ayrılacağımızın müjdəçisidir.
Cənab Prezident, Sizə və ailənizə cansağlığı arzulayırıq.
Dərin hörmətlə,
Məmmədov Rəşid Azər oğlu
Məmmədov Azər Həkim oğlu
Məmmədov Ramil Azər oğlu
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Topçu kəndi.
xxx

Hörmətli cənab Prezident.
Sizi öncə Gəgiran kənd tam orta məktəbin kollektivi adından salamlayır, Sizə ən xoş arzularımızı bildiririk.
Dünyanı cənginə alan koronavirusa (Covid-19) qarşı apardığınız mübarizənizi dəstəkləyir və alqışlayırıq. Təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ölkədə sosial təcrid tədbirlərinin gücləndirilməsi, aztəminatlı ailələrə birdəfəlik maddi yardımların verilməsi məhz Sizin aparmış olduğunuz humanist və sosialyönümlü siyasətin bariz nümunəsidir.
Hörmətli cənab Prezident, biz Sizə hər zaman dəstəyik, ətrafınızda sıx birləşib verdiyiniz bütün tapşırıqlara sözsüz əməl edərək bu virusa qalib gələcəyik. Sizin atdığınız hər bir addım Azərbaycan vətəndaşının sağlamlığına və sosial rifahına xidmət edir. Sizin "Evdə qal!" çağırışınıza hər bir vətəndaş kimi, bizim də mənəvi borcumuzdur ki, riayət edək.
Hörmətli cənab Prezident, biz birlikdə bu virusa qalib gələrək Azərbaycanın işıqlı gələcəyini Sizin rəhbərliyinizlə davam etdirəcəyik.
Biz birlikdə güclüyük!
Hörmətlə,
Gəgiran kənd tam orta məktəbinin direktoru Cavadov Ziyafəddin
Azərbaycan Respublikası, Lənkəran rayonu, Gəgiran kəndi.
xxx

Möhtərəm cənab Prezident.
Hazırda bütün dünyada koronovirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Sizin tərəfinizdən ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində vaxtında qabaqlayıcı tədbirlərin görülməsi təqdirəlayiqdir. Ulu Öndərimizin davamçısı kimi Sizin düşünülmüş siyasətiniz bütün işlərdə olduğu kimi, bu vəziyyətdə də xalqımızın rəğbətini qazanıb. Tərəfinizdən vaxtında və doğru addımlar atılmasaydı bu gün böyük bəlalarla üzləşə bilərdik, necə ki, dünyanın güclü dövlətləri bu pandemiyanın qarşısında acizliklərini etiraf edirlər. Siz həmişə xalqın yanında olmuşunuz, bu gün də xalqa olan sevginizi və səmimiyyətinizi hamı görür. "Biz birlikdə güclüyük!" deməklə xalqımızı bir yumruq kimi birləşdirə bildiniz. Azərbaycanımıza əvəzolunmaz xidmətlərinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm.
Dərin hörmətlə,
Babaşov Qurbanəli Şahvələd oğlu
Azərbaycan Respublikası, Şamaxı rayonu, Məlcək kəndi.
xxx

Möhtərəm cənab Prezident.
Dünyada yayılmış koronavirus pandemiyasinin ölkəmizdə də geniş vüsət almasının qarşısının alınması, tərəfinizdən vaxtında verilmiş qərarlar və qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizin milli təhlükəsizliyi və xalqımızın sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə özümün və ailəmin adindan Sizə dərin minnətdarlığımı bildirirəm. Hər zaman olduğu kimi, bu istiqamətdə də dünya ölkələri Azərbaycan praktikasindan bəhrələnir. Sizin sayənizdə Azərbaycan bu gün pandemiya ilə mübarizədə aparılan test sayına və operativliyə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəyənilir, inkişaf etmiş ölkələri qabaqlayaraq ön sıralarda dayanmışdır. Bunlar hamısı Sizin uzaqgörən siyasətinizin, xalqa və dövlətimizə olan sevginizin nümunəsidir. Karantin dövründə insanların evdə oturaraq əməkhaqqlarını almaqları, aztəminatlı ailələrə olunan yardımlar, sahibkarlara edilən dəstək Sizin hər zaman Azərbaycan vətəndaşının, sahibkarının yanında olmağınızdan xəbər verir. Ən qısa zamanda daxili tələbatı ödəmək üçün spirt və maska istehsalı, yeni tikilmiş xəstəxananın koronavirus xəstələrinin istifadəsinə verilməsi, Sərəncamınıza əsasən modul tipli xəstəxanaların qısa zamanda tikilməsi güclü lider, dayanıqli siyasət, dinamik inkişaf və inkişaf etmiş Azərbaycandan xəbər verir. Bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqi sizi sevir. Sizin uzaqgörən siyasətinizi hər zaman dəstəkləyirik. Biz birlikdə güclüyük!
Dərin hörmətlə,
Şahtaxtinski Toğrul Rəşid oğlu
Azərbaycan Respublikası, Bərdə rayonu, Otuzikilər kəndi kəndi.
xxx

Hörmətli cənab Prezident,
Dünyada tüğyan edən koronavirus pandemiyası ilə bağlı ölkəmizdə müəyyən sahələrdə gücləndirilmiş iş rejimi hökm sürür. Ölkə sakinlərinin xəstəliyə yoxulması halları minimuma endirilmişdir. Bununla yanaşı, dövlətimiz evdə qalan sakinlərimizin də qeydinə qalmaqdadır. İmkansız ailələr, ahıllar, tənha yaşayan kimsəsiz şəxslər daim diqqət mərkəzində saxlanılır. Onlar zəruri ərzaqlarla, tibbi vasitələrlə təmin edilirlər. Sizin diqqət və qayğınızı xalqımız həmişəki kimi görür və hiss edir.
Dövlətimizi və xalqımızı qoruduğunuza görə Sizə və rəhbərliyiniz altında çalışan bütün dövlət qulluqçularına dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Mehtiyev Zöhrab Əliş oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Tüklə kəndi.

xxx

Hörmətli cənab Prezident,
Mənim övladım Azərbaycan Tibb Universitetində təhsil alır. Sizin qayğınız sayəsində məcburi köçkün kimi təhsil haqqından azad olunub. Buna görə Sizə minnətdarıq.
Bu gün dünyanı bürüyən koronavirus xəstəliyi həkimlik peşəsinin bir ölkə, xalq üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Hazırda həkimlərə olan ehtiyac göz önündədir. Çox sevindirici haldır ki, xaricdə tibb sahəsi üzrə təhsil alan gənclərimiz bu dar gündə ölkəmizə köməyə gəlir. Bu amil özlüyündə xalqımızın möhkəm birliyinin göstəricisidir.
Sizə xalqımızla birlikdə hər zaman xoş günlər arzulayıram, cənab Prezident.
Hörmətlə,
Məmmədov Mədəd Bələd oğlu
Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatlı kəndi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31