"İnanırıq ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərə qalib gələcəyik və həyat öz axarına dönəcək"-PREZİDENTƏ YAZIRLAR

Azərbaycan  prezidenti  İlham  Əliyevə  minnətdarlıq  məktubları  gəlməkdə  davam  edir.

"Hörmətli cənab Prezident.
Bütün dünyanın qlobal problemlə üz-üzə qaldığı bir dövrdə Sizin xalqımıza göstərdiyiniz dəstək və qayğı heç vaxt unudulmayacaq. Tapşırıq və göstərişlərinizlə açılan xəstəxanalar, müəssisələr Sizin hər şeydən əvvəl biz vətəndaşları düşündüyünüzü nümayiş etdirir. Sizin 2003-cü ildə prezident seçkilərindən sonra söylədiyiniz "Mən hər bir Azərbaycanlının Prezidenti olacağam" fikriniz indiyədək gördüyünüz işlərdə öz təsdiqini tapsa da, bu günlərdə koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlər xalqımıza sevginizi bir daha göstərdi.
Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir vaxtda, Siz bu xəstəliyə qarşı tədbirləri çox məharətlə idarə edərək, xalqımızı qorudunuz. Siz nəinki ölkəmizdə yaşayan vətəndaşlarımıza, həmçinin respublikamızdan kənardakı soydaşlarımıza da sahib çıxdınız.
Əziz Prezidentimiz, Azərbaycanı qarşıda hələ çox gözəl günlər gözləyir. Hamımız bir olub həmrəylik nümayiş etdirsək, Siz dediyiniz kimi, istənilən çətinliyə qalib gələ bilərik. Siz hər zaman vətəndaşın yanında olur, onun sevincinə də, kədərinə də şərik çıxırsınız. Xalqımız əmindir ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq, üzüağ çıxacağıq. Çünki Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!"
Möhtərəm cənab Prezident, Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun.
Hörmətlə,
Manaflı Gülbikə Qurban qızı.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri." 
xxx

"Hörmətli cənab Prezident.
İstirahət etmədən xalqımızın qayğısına qaldığınız üçün, koronavirusla mübarizədə xalqımıza dəstək göstərdiyiniz üçün Sizə təşəkkür etmək istəyirəm.
Sizin müdrikliyiniz, xalqı birliyə səsləməniz bizə bütün çətinliklərin öhdəsindən gəlməyə güc verir, ruhlandırır. Allahın köməyi, Sizin yorulmaz fəaliyyətiniz sayəsində xalqımız bu mübarizədən üzüağ çıxacaq. Hər zaman olduğu kimi, Siz bir daha xalqa dayaq olduğunuzu sübut etdiniz.
Milyonlardan biri kimi, uca Allahdan Sizə cansağlığı, uzun ömür, işlərinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Məmmədov Rəhim Nəsir oğlu
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Novosaratovka kəndi".
xxx

"Hörmətli cənab Prezident.
Dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə ölkəmizdə görülən tədbirlər Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir.
Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində birdəfəlik yardımın verilməsi ilə Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaq, insanların rifahını təmin etməkdir.
Hörmətlə,
İsayev Həbib Xanməmməd oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu". 

xxx
"Möhtərəm cənab Prezident.
Bu gün bütün dünyanı ağuşuna almış yeni koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Sizin yürütdüyünüz düzgün siyasət, vaxtında verdiyiniz qərarlar, anındaca karantin rejiminin elan edilməsi Azərbaycan dövlətinin və xalqının bu bəladan az itkilərlə qurtulacağına zəmin yaratdı. Həmçinin hər bir Azərbaycan vətəndaşını düşünməyiniz, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratmağınız, işsizlərə sosial yardımın ayrılması barədə qərarlarının ondan xəbər verir ki, Siz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanındasınız.
Cənab Prezident, bir müəllim olaraq bildirirəm ki, Azərbaycan xalqı Sizin arxanızdadır. Bu xalq Sizin rəhbərliyinizlə bir çox çətinliklərin öhdəsindən gəlib, Allahın köməyi ilə bu bəladan da xatasız sovuşacağıq.
Dünyanın qabaqcıl ölkələrində həyatın bu xəstəlik səbəbindən iflic olduğu bir dönəmdə Azərbaycanda həyatın öz axarında davam etməsi Sizin sayənizdədir.
Möhtərəm cənab Prezident, Sizə şəxsən öz adımdan, çoxsaylı müəllim ordusu adından təşəkkürümüzü bildirir, Azərbaycanın uğurlu gələcəyi naminə daim var olmağınızı arzulayıram.
Hörmətlə,
Məmmədov Rəfail İnqilab oğlu.
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Xınıslı kəndi."
xxx

"Hörmətli cənab Prezident.
Dünyanı bürüyən koronovirus təhlükəsindən respublika əhalisini qorumaq üçün gördüyünüz işlərə görə Sizə öz adımdan və Laçın rayon 7 saylı tam orta məktəbin kollektivi adından minnətdarlığımı bildirirəm. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərə qalib gələcəyik və həyat öz axarına dönəcək.
Hörmətlə,
İbrahimov Varaşil Cəli oğlu
Azərbaycan Respublikası, Qaradağ rayonu, Ümid qəsəbəsi."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31