“Xalq öz rəhbərinə bir daha sevgi və təşəkkürlüyünü tərənnüm etdi” – Şərh
20 Aprel 2020 14:14 Siyasət"Bildiyimiz kimi pandemiyanın ölkəmizdə ağır nəticələnməsinə qarşı cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə xüsusi tədbirlər həyata keçirilib və keçirilməkdədir. Bu ölkə vətəndaşları üçün vacib əhəmiyyət kəsb edən xüsusiyyətlərdən biridir. Ötən gün müşavirədə ölkə prezidenti pandemiya ilə bağlı göstərişlərində də qeyd etdiyi kimi insanların sağlamlığı bütün tədbirlərdən və hadisələrdən öndə dayanır. Bu vətəndaşların həyati dəyərinin yüksək qiymətləndirilməsidir".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, ölkədə xalq dövlət birliyi fəaliyyət göstərir: "Başqa sözlə desək demokratik dəyərlər hökm sürür. Xalqın nümayəndələrinin, vətəndaşların ölkənin birinci şəxsi prezidentin şəxsinə istiqamətləndirdikləri mesajlar bunu təstiq edir. Xalq öz rəhbərinə, dövlətin müstəqilliyinin və özünün suverenliyinin təminatçısı olan ali baş komandana sevgi və təşəkkürlüyünü tərənnüm etmişdir. Xalqın gözü tərəzidir. Xalq hər zaman doğruları və düzgünləri qiymətləndirmişdir. Bunun nəticəsidir ki, məhz bu gün bizim Ali Baş komandan, bizim lider cənab İlham Əliyevdir. Bütün xalq olaraq ölkəmizin rəhbərinə xalq üçün etdikləri bütün işlərə rəğmən dərin minnətdarlığımızı bildiririk!".