VƏTƏNDAŞLAR YAZIRLAR:" Çox sağ olun, cənab Prezident. Allah Sizləri, övladlarınızı, gözəl nəvələrinizi qorusun"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

Prezidentin saytı   bu məktubların daha bir neçəsini təqdim edir.

Çox hörmətli cənab Prezident.

Nə yaxşı ki, Siz bizim ölkəmizin - Ulu Öndərimizin memarı olduğu müasir Azərbaycanımızın rəhbərisiniz. Nə yaxşı ki, bu çətin anlarda bizim arxamızdasınız, güvən yerimizsiniz. Burada bir deyim yada düşür: "Yaxşı ki, dünyada yaxşı var imiş, yoxsa tərk olardıq yaman əlindən". Çətin anlarda, xalqın ağır günlərində onun yanında olmaq, onun taleyini düşünərək qabaqlayıcı tədbirlər görmək - bütün bunlar Sizə xas olan xüsusiyyətlərdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətində o qədər yaxınlıq, istilik duyulurdu ki, sanki ana qayğısı, bacı mərhəməti, nənə şəfqəti idi.

Mən bir sadə vətəndaş, bir müəllim olaraq bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Hüseynova Gülnar Müşviq qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri. 

X X X

Çox hörmətli Prezident.

Ölkəmizdə aparılan işlər, görülən tədbirlər bir vətəndaş olaraq bizi qürurlandırır. Biz əminik ki, Azərbaycan xalqının sağlamlığının qorunması sahəsində apardığınız məqsədyönlü tədbirlər tezliklə ölkəmizin koronavirus xəstəliyindən qurtulmasına imkan verəcəkdir. Bu sahədə aparılan işlər Sizin birbaşa rəhbərliyiniz və tapşırıqlarınızla həyata keçirilir. Siz hər bir vətəndaşın sağlamlığını düşünürsünüz. Sizin göstərişlərinizlə görülən bütün tədbirlər hər bir vətəndaşın sağlamlığının təmin olunmasına xidmət edir. Biz bunu yaxşı başa düşürük və bu mübarizədə daim Sizinlə həmrəyik.

Cənab Prezident, bu yolda Sizə uğurlar, cansağlığı arzu edirik. Ulu Tanrı Sizi qorusun. Biz hər zaman Sizinləyik.

Hörmətlə,

Əsgərova Nurcamal Nurəddin qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

X X X

Hörmətli Prezidentim.

Sizin dövlətimiz üçün apardığınız islahatlar, xarici siyasətiniz və xalqımızın rifahı naminə gördüyünüz işlər bizim tərəfimizdən həmişə alqışlanmışdır. Bu gün isə bu çətin vəziyyətdə xalqımızın pandemiyadan qorunması naminə gördüyünüz qabaqlayıcı tədbirlər Sizin nə qədər uzaqgörən və millətini sevən bir rəhbər olduğunuzu bir daha göstərdi. Biz Sizinlə fəxr edirik və qürur duyuruq.

Dərin hörmətlə,

İbrahimova Sevil Fərrux qızı

Azərbaycan Respublikası, Şəki şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Dünyanı cənginə alan COVİD-19 pandemiyası, təəssüf ki, Azərbaycandan da yan keçmədi. Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunmuş, qısa zaman ərzində əhalinin qorunması ön plana çəkilmişdir. Ulu öndər Heydər Əliyevin siyasətini qoruyub saxladığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi və ailənizi qorusun. Əminik ki, gələcəkdə də bütün addımlarınızı xalqın rifahı naminə atacaqsınız. Sizə sonsuz təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik. Sizə və ailənizə möhkəm cansağlığı arzu edirik.

Dərin hörmətlə,

Hacıyeva Bahar Ənvər qızı

Azərbaycan Respublikası, Şəmkir rayonu, Zəyəm qəsəbəsi

X X X

Çox hörmətli Prezidentimiz.

Sizə və ailənizə cansağlığı arzu edirəm. Çox sağ olun ki, bu çətin günlərdə bizlərə dəstəyinizi əsirgəmirsiniz. İşə çıxmasaq belə əməkhaqlarının ödənilməsi, səhiyyə işçilərinə böyük dəstəyiniz, tələbələrin təqaüd və təhsil haqlarının ödənilməsi, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün edilən maddi yardımlara görə bütün gənclər adından Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizləri, övladlarınızı, gözəl nəvələrinizi qorusun. Mən Sizi çox istəyirəm. Siz çox yaxşı insan və dövlət başçısısınız.

Dərin hörmətlə,

Əliyeva Aysel Nazim qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi.

X X X

Çox hörmətli cənab Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün Sizin rəhbərliyinizlə görülən ardıcıl və məqsədyönlü tədbirlər Qarabağ müharibəsi əlili olaraq məni çox sevindirir. Ölkəmizdə və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən bu tədbirlər Sizin uğurlu siyasətinizin mərkəzində insan amilinin, insana və vətəndaşa yüksək qağının dayandığını əyani şəkil sübut edir.

Əziz Prezidentimiz, xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin 1990-cı illərdə müstəqilliyimizi, dövlətçiliyimizi, xalqımızı faciələrdən qoruduğu kimi, Siz də bu gün xalqımızı çox böyük bəladan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız.

Çox hörmətli Prezidentimiz, inanırıq ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımız bu bəladan da uğurla çıxacaqdır. Gördüyünüz misilsiz işlərə görə Sizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi, ölkəmizin daha da inkişafı yolunda biz - müharibəsi veteranları daim Sizinləyik. Uca Allah Sizi qorusun.

Dərin hörmətlə,

İsrafilov Saleh Gülağa oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri. 

X X X

Möhtərəm cənab Prezident.

Hazırda dünyada tüğyan edən koronavirus epidemiyası bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Lakin Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər həm iqtisadiyyatımızın, həm də maliyyə sistemimizin böhrandan xilas olmasına, eləcə də xalqımızın bu pandemiyadan maksimum qorunmasına gətirib çıxarıb. Nəhəng dövlətlərin virus qarşısında aciz qaldığı, vətəndaşını qoruya bilmədiyi bir zamanda məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsində bizlər çox arxayınıq və rahatlıqla öz həyatımızı yaşayır, pandemiyadan maksimum şəkildə qorunur, daha az zərər görürük. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün ölkəmizdə münbit şərait yaradılıb.

Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Hər bir vətəndaşımız Sizin nəcib və nümunəvi addımınza həmrəylik göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirib ölkəmizin bu böyük bəladan qurtulması, eləcə də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir.

Möhtərəm cənab Prezident, bizim rahatlığımız və sağlamlığımız üçün verdiyiniz hər bir qərarda vətəndaşlarımızın sosial vəziyyətini düşündüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Verdiyeva Gülarə Eyvaz qızı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31