Deputat: “Bir çox halda bələdiyyə sədrləri səlahiyyətlərini aşırlar”

"Hazırda bələdiyyələrdə iclasların keçirilməsi ilə bağlı da problem var".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Elman Nəsirov deyib. Deputat bildirib ki, bu gün bələdiyyələrlə bağlı ən çox narahat edən məsələ torpaq sahələrinin real qiymətdən daha aşağı satılmasıdır: "Bir çox halda bələdiyyə sədrləri səlahiyyətlərini aşaraq, iclas keçirmədən özü qərarlar qəbul edir. Bu gün bələdiyyələrin sosial sığorta ödənişlərinin xeyli borcu olması da ciddi problemdir. Ən azı qardaş Türkiyə dövlətinin praktikası nümunə götürülməlidir. Türkiyədə bələdiyyələr yetərincə ciddi addımlar ata biləcək instituta çevrilib. Bizdə də Türkiyə təcrübəsindən yararlanmaq olduqca yerində atılmış addım olar. Hesab edirəm ki, Azərbaycan bələdiyyəsi 20 il ərzində xeyli iş görüb, amma bu işlər davam etdirilməlidir".

Vilayət Zahirov bəzi bələdiyyələrin birləşdirilməsini təklif edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31