Vilayət Zahirov bəzi bələdiyyələrin birləşdirilməsini təklif edib
Vilayət Zahirov bəzi bələdiyyələrin birləşdirilməsini təklif edib
17 Aprel 2020 12:00 SiyasətMilli Məclisin iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni təqdim edən Ədliyyə nazirinin müavini Vilayət Zahirov bir sıra təkliflərlə çıxış edib. "Olayların məlumatına görə, nazir müavini qeyd edib ki, bələdiyyələrin fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik aktlarının təkmilləşdirilməsi, bəzi bələdiyyələrin birləşdirilməsi, bələdiyyələrin yerli icra hakimiyyəti orqanları ilə birgə işləməsinin təşkili məsələlərin müsbət həlli bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsində xüsusi rol oynaya bilər. V. Zahirov deyib ki, bu məsələlərin Milli Məclisin Regional Məsələlər komitəsində də müzakirə edilməsi yaxşı olardı.