Vitse-spiker: “Plenar iclaslar daha fundamental məsələlərin müzakirəsinə həsr olunmalıdır”
9 Aprel 2020 15:08 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin Birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, plenar iclaslar daha fundamental məsələlərin müzakirəsinə həsr olunmalıdır, texniki məqamlara yox. Birinci vitse-spiker bildirib ki, parlamentdə vətəndaş mövqeyinin ortaya qoyulması nümayiş olunur: "Bizim buradakı məqsədimiz məhz Milli Məclisin, komitələrin, millət vəkillərinin fəaliyyətinin karantin rejimində daha mükəmməl tənzimlənməsidir. Təqdim olunan hər üç qanun bu məqsədə xidmət edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31