Komitə sədri: “Epidemiyanın iqtisadiyyata vurduğu zərərlərin qarşısını almaq üçün lazımi addımlar atılır”
9 Aprel 2020 12:16 Siyasət"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq atılan addımlar ölkədə koronaviorus epidemiyasının kəskin artmasının qarşısını almaqdadır". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında hökumətin ötən il üzrə hesabatının müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O bildirib ki, epidemiyanın iqtisadiyyata vurduğu zərərlərin qarşısını almaq üçün lazımi addımlar atılır: "Azərbaycan öz hesabına regionda ən geniş dəstək proqramı elan edən ölkədir. Məsafədən idarəetrmə, elektron ticarətin genişlənməsi bu günün əsas tələblərindən biridir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31