“Ermənistan beynəlxalq ictimaiyyətin qərarından dərs çıxarmalıdır” ŞƏRH - ÖZƏL

"Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilmişdir. Dünyanın demək olar ki, əksər ölkələri Asiyadan, Latın Amerikasına qədər eyni zamanda bütün beynəlxalq təşkilatlar növbəti dəfə Dağlıq Qarabağda keçirilən seçkiləri tanımayaraq ermənilərin beynəlxalq hüquqa zidd əməl törətdiklərini açıqladılar. Beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edilmişdir. Bu birdaha beynəlxalq hüququn Azərbaycandan yana olduğunu əks etdirir. Eyni zamanda Azərbaycan əsgərlərinə və hərbçilərinə hüquq verir ki, beynəlxalq hüququ pozan ermənilərə qarşı digər mübarizə metodlarından istifadə etsinlər".

Bu fikirləri Olaylar.az-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O bildirib ki, Ermənistan son hadisədən dərs çıxarmalıdır: "Ermənilərin əsas hədəfi təkcə Dağlıq Qarabağ və ətraf ərazilərdə deyil, Cənubi Qafqazda öz məqsədlərinə çatmaqdır. Bu məqsədin nədən ibarət olduğuna nəzər yetirək. Bu təkcə Azrəbaycana, türk dünyasına qarşı provakasiyadan ibarət deyil, ələxsus Rusiyaya qarşı provakasiyadır.

100 il əvvəl Rusiya imperiyasının dağılmasında maraqlı olan bəzi qərb dairələri qondarma inqilabdan istifadə edərək Sovet İttifaqını qurdular, məhz Sovet İttifaqının dağılması da 1982-ci illərin sonlarında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə reallaşdı. İndi isə eyni qərb qüvvələri Paşinyanın köməyi ilə incə şəkildə Cənubi Qafqazda mübaribəni alovlandıraraq öz qüvvələrini bölgəyə yeritmək və daha sonra Şimali Qafqaza girmək istəyirlər".

Politoloqun sözlərinə görə,  qərb qüvvələri Rusiyanın cənub torpaqlarında qeyri sabitlik yaratmaq niyyətindədir. Həmin qüvvələr eyni zamanda ermənilər üçün də mümkün ssenari hazırlayıblar. Burada məsələ erməni dövlətinin ərazilərinin genişlənməsindən gedir.

Z. Məmmədov qeyd edib ki, qondarma "seçkilər"in beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilməsi onu göstərir ki, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətdə düzgün siyasət yeridir. Bu Azərbaycana danışıqlar masası ətrafında geniş səlahiyyət verir. Qondarma "seçkilər"in tanınmaması həm də, informasiya müharibəsində ölkəmiz adına aparılan düzgün fəaliyyətin nəticəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31