“Əfv sərəncamı xalqın dövlətin mənbəyi olduğunu sübut edir”- Şərh

"Artıq qlobal hadisə xarakteri alan COVİD19 pandemiyası ölkəmizdə ciddi şəkildə öz təsirlərini göstərir. Lakin dövlətin səhiyyə sistemi, eləcədə hökumət orqanlarının xalqla birlikdə gücləndirilmiş mübarizəsi virusun yayılmasının qarşısını almağa ən böyük töhvədir. Bildiyimiz kimi ölkədə qapalı mərkəzlər - istər ticarət, istər iş mərkəzləri, dövlət orqanlarının bəzi iş yerləri bağlanılmışdır. Ölkədə vətəndaşların pandemiyayla mübarizəsi, eləcədə xalqdan yan keçməsi üçün bütün vacib tədbirlər ciddi şəkildə həyata keçirilməkdədir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.

Onun sözlərinə görə, vətəndaşların sağlamlığı, onların qorunması üçün qadağalar da mövcuddur. Qadağalardan biri də 65 yaşından yuxarı şəxslərin çölə çıxmaması və eynilə insanlarla daha çox təmasda olmamasıdır. Ölkə prezidentinin yenicə imzaladığı sərəncam da məhz bunu əks etdirir:
"Cəza müddəti ərzində qayda qanunlara riaəyət edən, heç bir narazılıqda adı hallanmayan şəxslərdən 176 nəfəri əfv sərəncamına aid edilmişdir. Bu isə obyektivlik və humanistliyin bariz nümunəsidir.

Əfv sərəncamı xalqın dövlətin mənbəyi olduğunu sübut edir. Xalqın hər bir nümayəndəsi dövlətin dayağıdır. Dövlət xalqdan ibarətdir. Dövlət xalq üçün, xalq dövlət üçündür. Məhz hər bir fərd xalqın tərənnümüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31