İnsanpərvər siyasətin növbəti təzahürü ALİM HÜSEYNLİ YAZIR

Humanizm prezident  İlham Əliyevin siyasətinin qayəsini təşkil edir

Müstəqillik əldə etdikdən sonra özünü hüquqi və demokratik dövlət elan edən Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Ötən müddət ərzində vətəndaşların hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunması məqsədilə qanunvericilik bazası yaradılıb, beynəlxalq konvesiyalar ratifikasiya edilib. Hazırda Azərbaycan dövlətinin prioritet məsələlərindən biri də öz vətəndaşlarının həyat və təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Elə bu səbəbdən də ölkədə həyata keçirilən siyasətin qayəsində vətəndaş amili dayanır. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməlində insan amili dayanır ki, bununla da vətəndaşlara xüsusi diqqət və qayğı göstərilir. Atılan addımların, qəbil edilən qanun və qərarların fəlsəfəsində vətəndaşların mənafeyi əsəs götürülür. Paralel olaraq Azərbaycan dövləti hər zaman öz vətəndaşlarına qarşı humanist mövqe nümayiş etdirir, onların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması, öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələrini diqqət mərkəzində saxlayır. Bu baxımdan, azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv haqqında sərəncamların imzalanması xüsusi əhəmiyyətə malikdir. Məlum olduğu kimi artıq humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. İlham Əliyevin prezident seçildiyi ilk andan bu vaxta qədər çoxlu sayda əfv fərmanı və sərəncamı verilib, aministiya qaktı qəbul edilib. Ancaq etiraf edilməlidir ki, bu siyasətin və müsbət ənənənin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev hər zaman humanizm - insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu öz fəaliyyətində daim nümayiş etdirib. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ölüm hökmünə moratorium qoyub. O dövrdən etibarən Azərbaycanda heç kimə ölüm hökmü tətbiq olunmadı və sonradan bu cəza növü ləğv edildi. Bununla yanaşı, Ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sərəncam koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb. Sərəncamda əfv edilən şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracağına, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklərinə əminlik ifadə olunub.

Qeyd edək ki, hazırkı əfv aktı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürü kimi dəyərləndirilir. Dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub. Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Prezidentin imzaladığı əfv Sərəncamı mərhəmət və humanizmin növbəti təzahürüdür: "Prezidentin imzaladığı Əfv Sərəncamı mərhəmət və humanizmin növbəti təzahürüdür və bu ənənənin əsasını Ulu öndər Heydər Əliyev qoymuşdu. Bu gün isə Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Dövlət başçımız hər il əfv sərəncamları imzalayır. 2003-cü ildən bu günə kimi əfv sərəncamları və amnistiyalarala 45287 məhkum azadlığa çıxmış, yenidən özlərini ictimai həyatda doğrultmaq imkanı əldə etmiş və 100 minlərlə ailə üzvülərini sevindirmişdir. Ayın 6-da imzalanan Sərəncamın da xüsusi özəlliyi vardır. Bu, Sərəncamın 65 yaşdan yuxarı 176 məhkumun məhbəs həyatında azad olması deməkdir". Millət vəkili vurğulayıb ki, koronavirus pandemiyası bütün dünyanı ağuşuna aldığı zamanda bu epidemiyaya yoluxma riski daha yüksək olan kateqoriyalı şəxslər 65 yaşdan yuxarı insanlardır və bu insanların koronavirus riskindən qorunması üçün onlara karantin dövründə evdən çıxmaq qadağan olunmuşdur: "Düzdür, həbsxana qapalı müəssisədir və orada da epidemiyaya yoluxma riski azdır. Amma ölkə başçısı imzaladığı Sərəncamla həbsxanalarda bu kateqoriyadan olan şəxslərin 90 faizinin azadlığa çıxmasına gətirəcək və onlar daha çox xüsusi qayğıya ehtiyacı olduğundan öz ailələrində daha yaxşı şəraitdə diqqətlə əhatə olunacaqlar. Ölkə başçısının atdığı bütün addımlar hər bir vətəndaşın rifahının yaxşılaşmasına xidmət edir və son qərarlar da bunun əyani təzahürüdür".

ALİM

OLAYLAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31