Prezidentin humanizm prinsiplərinə sadiqliyinin daha bir nümunəsi

Azərbaycanda insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunması, ayrı-ayrı şəxslərin törətdikləri müxtəlif səpkili cinayətlərdən dolayı humanizm prinsiplərinə əsaslanaraq zaman-zaman əfv edilməsinin dəfələrlə şahidi olmuşuq. Hələ ümummilli lider Heydər Əliyevin zamanından əsasın qoyulan bu humanizm siyasəti günümüzdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən davam etdirilir. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 ilə yaxın bir müddətdə xeyli sayda imzaladığı əfv sərəncamı ilə ümumilikdə 4871 nəfərin əfv olunması fonunda bunu aydın görmək mümkündür. Ötən illər ərzində təkvə əfv sərəncamları deyil, qəbul edilmiş amnistiya aktlarını və həmin aktlar nəticəsində azadlıqdan məhrum edilmiş şəxslərin azad olunması da dövlətin və onun rəhbərliyinin humanizm prinsiplərinə sadiqliyinin göstəricisidir. Məlumat üçün qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib. Həmin amnistiya aktları nəticəsində 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib.

Ötən gün dövlət başçısı bir daha humanizm prinsiplərinə sadiqlik nümayiş etdirərək növbəti dəfə əfv sərəncamı imzalayıb. Sərəncamıa əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad olunub. Sərəncam koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil edilib. Dövlət başçısının imzalamış olduğu əfv sərəncamı bir sıra detalları ilə də diqqət çəkir.  Belə ki, ilk növbədə qeyd etdiyimiz kimi, bu sərəncam Cənab Prezidentin humanizm prinsiplərinə sadiqliyini ortaya qoyur. Digər tərəfdən dövlət başçısının sərəncamı əsasında əfv edilənlər sırasında siyasi məhbus kimi qələmə verilənlər, eyni zamanda bir sıra dövləti cinayətlərdə əli olan şəxslər də var. Buna rəğmən dövlət başçısı humanizm prinsiplərini üstün tutaraq həmin şəxslərin ailə üzvlərinin müraciəti, həmçinin onların yaşlarının çox olmasını nəzərə alaraq adı çəkilən şəxsləri əfv edib.  Xüsusi bir məqamı qeyd etmək yerinə düşər ki, dövlət başçısının sərəncamı ilə əfv edilən şəxslər müəyyən prosedur qayda əsasında bir müddət karantin rejimində qalacaqlar ki, bu da koronavirusun yayılması ilə bağlıdır. Həmin şəxslər karantin rejimi başa çatdıqdan sonra öz ailələrinə qovuşa biləcəklər. Bu da əslində onunla əlaqəlidir ki, bu addımla bəzi məkirli qüvvələrin həbsxanalarda koronavirusun yayılması barədə iddialarının qarşısı alınmış olacaq. Tam sağlam, səhhətləri normal qaydada ailələrinə təhvil verilən həmin şəxslərdə heç bir virusun olmadığı əyani şəkildə təsdiqini tapacaq. Dövlət başçısının imzalamış olduğu əfv sərəncamı cəmiyyətdə birmənalı olaraq müsbət qarşılanıb, dəstək görüb. Hüquqşünas Əli İbrahimov deyir ki, imzalanan əfv sərəncamı ilə Prezident İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Onun sözlərinə görə,  belə bir humanist addım atılmasının xüsusi mənası və əhəmiyyəti ondan ibarətdir ki, dövlət başçısı bununla yüzlərlə ailəni sevindirdi: "Vaxtilə cinayət törədərək azadlıqdan məhrum olunmuş bu insanlar dünyanı cənginə almış COVİD-19 virusunun bəşəriyyətə yaratdığı cətinlikləri bir dönəmində öz ailə üzvləri, yaxınları ilə birlikdə olmaqla, özlərinin və doğmalarının sağlamlıqlarını birgə qoruyacaqlar. Eyni zamanda, bu addımın böyük tərbiyəvi əhəmiyyəti də var. Keçmiş məhkumlara öz həyatlarını yenidən qurmaq, cəmiyyətə qovuşmaq imkanı verildi. Cinayət yolu tutanlar, qanunları pozanlar baş verənlərdən ibrət dərsi götürür və görürlər ki, barmaqlıqlar arxasına düşmək təkcə onların deyil, həm də bütöv bir ailənin faciəsidir". Əli İbrahimov bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sahəsində köklü islahatlar aparılır: "Nəticədə cəza siyasəti humanistləşdirilir, insan hüquq və azadlıqları daha etibarlı şəkildə təmin olunur. Növbəti əfv Sərəncamı da bu humanizmin daha bir təzahürüdür".

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, prezidentin əfv sərəncamı cəmiyyətdə həmrəylik hisslərini daha da gücləndirəcək: "Ölkəmizdə iki mühüm və olduqca xoş hadisə baş verdi. Dövlətimizin başçısı 200-ə qədər məhkumun həbsdən çıxaraq ailələrinə qovuşması üçün əfv sərəncamı imzaladı. Mən Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına görə ona təşəkkür edirəm və bu əfv sərəncamını birmənalı olaraq yüksək humanizm nümunəsi kimi dəyərləndirirəm. Dünyamızın və ölkəmizin pandemiya təhlükəsi ilə üz-üzə qaldığı indiki həssas dönəmdə İlham Əliyevin bu addımı cəmiyyətdə yaxşı mənada böyük rezonans doğurdu, rəğbətlə qarşılandı. 176 məhbusun əfv edilməsi hamımız üçün həqiqətən də xoş sürpriz oldu". Partiya sədri qeyd edib ki,  prezident bu addımıyla cəmiyyətin psixoloji ovqatında istilik yaratdı və həmrəylik hisslərini gücləndirdi: "Mən Prezidentin bu addımını həm öz adımdan, həm də partiya üzvlərimiz adından alqışlayıram. Eyni zamanda əfv edilənləri də təbrik edirəm. Əminəm ki, adları əfv siyahısında yer alanlar da öz növbəsində dövlət başçısının onlara göstərdiyi etimadı və inamı doğruldacaqlar. İlham Əliyev bu gün sözügedən əfv sərəncamını imzalayıb bir çox məhbusların, o cümlədən xəstə və yaşlı insanların həbsdən buraxılmasına qərar verməklə həm o məhbusların özlərini və ailələrini sevindirdi, həm də cəmiyyətimizə növbəti dəfə birlik və bərabərlik, milli həmrəylik mesajları vermiş oldu. Odur ki, Prezidentin bu addımını qeydsiz-şərtsiz alqışlamaq lazımdır və alqışlayırıq".

Müstıqil ekspert Zeynal Əmralıyev də dövlət başçısının imzladığı əfv sərəncamını təqdir edib. Onun sözlərinə görə, dövlət başçısının bu addımı ilk növbədə İlham Əliyevin prezident seçilərkən " Mən hər kəsin prezidenti olacağam " sözünün təsdiqidir: "İlham Əliyev yalnız azadlıqda olan vətəndaşların deyil, eyni zamanda məhkumluq həyatı yaşayan insanlarında həyatını düşünür. Bu çətin, ağır gündə ölkə prezidenti yaşı 65-dən keçmiş cinayət törətmiş insanlarında öz sağlamlığını qorunması istiqamətində təqdirəlaiq addım atdı. İnsan yaşlandıqca özünü qoruma qüvvəsi itməyə başlayır və imunitet çatışmamazlığı yaşayır. Normal şəkildə bu zaman bədən hər cür virusu, xəstəliyi tez tutur. Dünyada aparılan statistikada COVİD-19 virusundan ən çox vəfat edənlərin məhz yaşı 65-i ötmüş insanlar olduğunu göstərilir. Elə bu səbəbdən də İlham Əliyev bu kateqoriyaya aid olan insanları həbsxanalardan azad etdi". Ekspert bildirib ki, bu həm də digər məhkumların təhlükəsizliyinin qorunması baxımından əhəmiyyətli idi: "Dövlət başçısının yaşlı insanlara bu çətin günü öz ailələri ilə keçirmə imkanı verməsi isə humanizmin bir başqa nümunəsidir. Bu sərəncam təqdirəlaiq və əhəmiyyətlidir. Bu nümunədən digər ölkələrdə də istifadə edilə bilər. Bu virus anında bu yaş kateqoriyasından olan insanların qorunması cəmiyyətin sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31