Partiya sədri: “Prezidentin qəbul etdiyi çevik qərarlar ictimaiyyətdə böyük məmnunluq hissi yaradır”

"Bütün bəşəriyyətin həyatını iflic edən Koronavirus təkcə can almır, insan sağlamlığına zərbə vurmur. Bu xəstəlik iqtisadiyyata, sahibkarlıq subyektlərinə, məşğulluq məsələlərinə, bütövlükdə iqtisadi sabitliyə də çox böyük təsir göstərir". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mais Səfərlinin sözlərinə görə,  dünyanın bir çox dövlətlərində, hətta bəzi inkişaf etmiş ölkələrində artıq xaotik proseslər başlayıb: "Hökumətlər vəziyyətə nəzarət edə bilmirlər. Bizim ölkəmizə gəldikdə isə, şükürlər olsun ki, durum fərqlidir. Vətəndaşlarımızın sağlamlığının, həyatının qorunması ilə yanaşı, iqtisadi, sosial itkilərin yüngülləşdirilməsi istiqamətində də ölkə prezidentinin atdığı addımlar, qəbul etdiyi çevik qərarlar ictimaiyyətimizdə böyük məmnunluq hissi yaradır. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında maska istehsalı müəssisənin açılışından sonra xalqa etdiyi müraciətdə  bəyan etdi ki, koronavirusla bağlı dünya bazarında neftin qiymətinin 2 dəfədən çox düşməsinə, iqtisadi fəallığın azalmasına baxmayaraq Azərbaycan dövləti vətəndaşlarının, sahibkarların, iqtisadi subyektlərin işçilərini qarşılamaq üçün 2.5 milyard manat vəsait ayrılıb. Cənab İlham Əliyevin "neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı bizim üçün hər şeydən üstündür" deməsi hər bir Azərbaycan vətəndaşının, onun qayğılarının prezidentimizin siyasətində prioritet olduğunu bir daha göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31