Milli Məclisin 42 deputatının müraciət etməsi və Milli Məclis Sədrinin müvafiq sərəncam verməsi lazımdır...
6 Aprel 2020 22:18 SiyasətArzu Nağıyev: "Texniki məsələlərlə yanaşı, təhlükəsizlik məsələləri də öz həllini tapmalıdır, bu, həm dövlət sirləri, həm də şəxsi təhlükəsizliklə bağlıdır"
Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvlü Arzu Nağıyev dedi ki, Milli Məclisin növbəti plenar iclasının adi qaydada keçirilməsində elə bil problem görmür: "Çünki bütün gigiyenik qaydalara və təmasların olmaması üçün məsafəyə riayət olunur. Bundan başqa, zala daxil olarkən qoruyucu maskalar da təklif edilir. Oturacaqlar bir-birindən iki metr aralıdır. Jurnalistlərlə təmas da virtual şəkildə qurulub. Eyni zamanda yaş məhdudiyyəti də nəzərə alınıb, deputatların bir qismi iclasda iştirak etmir. Komitə iclasları da onlayn keçirilir, çünki səbəb çoxsaylı sənədlərin daxil olmasıdır. Artıq onlayn konfrans proqramları vasitəsilə müzakirələr keçirilir". A.Nağıyev etiraf etdi ki, canlı müzakirə ilə onlayn müzakirələr arasında müəyyən qədər fərq var: "Lakin yaranmış şərait bunu tələb edir və buna da riayət edilməlidir". Deputat qeyd etdi ki, plenar iclasların onlayn keçrilməsi də mümkündür: "Bu da texniki imkandan asılıdır. Zənnimcə, bu problem də həll ediləcək və onlayn iclasları da keçirmək mümkün olacaq. Təbii ki, texniki məsələlərlə yanaşı, təhlükəsizlik məsələləri də öz həllini tapmalıdır, bu, həm dövlət sirrləri, həm də şəxsi təhlükəsizliklə bağlıdır". A.Nağıyev qeyd etdi ki, Baş nazirin hesabatından gözləntiləri böyükdür: "Çünki 2019-cu il əsasən, islahatlar ili olub, bu, həm siyasi, həm iqtisadi, həm də sosial sferalara aiddir. Düşünürəm ki, maraqlı və ciddi bir hesabat alınacaq"...