TÜRKPA Dağlıq Qarabağda keçirilən “seçkiləri” qınayıb
6 Aprel 2020 15:06 SiyasətTürkdilli Ölkələrin Parlament Assambleyası Bəyanat yayıb. "Olaylar"ın məlumatına görə, bəyanatda deyilir: "Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) beynəlxalq hüquq norma və prinsiplərinin hər hansı qaydada pozulmasını, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xələl gətirən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən "seçkiləri" şiddətlə qınayır.
TÜRKPA, bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində qətiyyətli şəkildə dəstəyini bir daha vurğulayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31