MM-in plenar iclasının gündəliyi aşıqlandı
6 Aprel 2020 13:00 SiyasətMilli Məclisin aprelin 9-da keçirilməsi nəzərdə tutulan plenar iclasının gündəliyi açıqlanıb. "Olaylar" MM-in saytına istinadən xəbər verir ki, plenar iclasın gündəliyində dəyişiklik edilib. Belə ki, gündəliyə Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ daxil edilib. Beləliklə, Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı, ikinci oxunuşda "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında", "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihələrinin müzakirəsi aparılacaq.