Bu gün siyasi mübarizənin vaxtı deyil
4 Aprel 2020 15:06 SiyasətHacı Tahir Abbaslı: "Kimsə xəstəliyin baş alıb, getdiyi dövrdə xalqı meydana səsləyirsə, bu xalqı sevmək deyil"
"Bu xalqı və dövləti məhv etməkdir"
Dünya koronavirus kimi qorxulu bir xəstəliklə mübarizə apardığı halda, hələ də yalnız öz şəxsi maraqlarını düşünən, yaranan hər bir situasiyadan yararlanmağa çalışan fərdlər, qruplar var. Əgər diqqətlə dünya ölkələrinə nəzər salsaq, bu tendensiyanı aydın şəkildə görə bilərik. Məsələn, Birləşmiş Ştatlar Türkiyənin Yaxın Şərqdəki rolunu azaltmaq üçün PKK-ya yardım edir, bir başqa ölkə Amerikanın İraqdakı hərbi bazalarına hücuma hazırlaşır və. s. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda da hər zaman belə qüvvələr olub və yaranan bu və ya digər situasiyadan yararlanaraq ölkədə öz çirkin məqsədlərini həyata keçirməyə çalışıblar. Bu sırada isə hər zaman radikal siyasi mövqedən çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyası öndə olub.
Hazırda Azərbaycanda koronavirusa qarşı ciddi tədbirlər görüldüyü, dövlət, hökumət bütün gücünü bu istiqamətə səfərbər etdiyi halda, Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimli, eləcə də onun ətrafında cəm olan bir neçə radikal mövqeli siyasilər cəmiyyətdə çaşqınlıq yaratmağa, insanlar arasında yalan, qərəz dolu xəbərlər yaymaqla vətəndaşları dövlətə qarşı qaldırmağa çalışırlar. Elə İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı da hesab edir ki, AXCP sədri Əli Kərimlinin aprelin 6-na mitinq təyin etməsi qeyd edilən məqsədlərə xidmət edir. Partiya sədri deyib ki, bir xeyli müddətdir ki, dünyanı təlaşda, qorxuda saxlayan koronovirus, insanları və bir çox dövlətləri iqtisadi və siyasi cəhətdən ağır duruma salıb. Onun sözlərinə görə, insanlar koronovirusla bağlı işindən - gücündən təcrid olub, evdə oturaraq hər an yeni məlumatar izləyir: "Ölkəmizdə az təminatlı ailələr bu hadisə ilə bağlı iki sınaq qarşısında qalıb. Birinci koronovirus qorxusu, ikincisi isə evdə oturub sosial durumu ağırlaşmaq. Təbii ki, hökumət xalqı koronovirusdan qorumaq üçün müəyyən tədbirlər görüb. Amma bu tədbirlərin içərisində kompleks olaraq təhlillər aparılmalıdır. Belə ki, az təminatlı ailələrdən başqa daim həkim nəzarətinda olan xəstlər və əməliyyat olunmuş insanlarla bağlı yetərincə işlər də nəzərə alınmalıdır.
Hadisənin nə vaxta qədər sürəcəyini kimsə proqnoz verə bilməz. Odur ki, bu məsələ xüsusi mütəxəsislər tərəfindən təhlillər aparıb, bu problemlərdən çıxmağın yolları axtarılmalıdır. Təkcə səhiyyə tərəfindən deyil, həm də əsasən maliyyə resusları bu məsələyə cəmləşdirilməlidir. Çünki, ölkəmizin büdcəsinin saldo gəlirinin 70 %- ni neftdən gəldiyini nəzərə alsaq, deyə bilərik ki, təkcə koronovirusla deyil, neft qiymətinin kəskin surətdə aşağı düşməsi də, ikinci problem olaraq ölkəmizi təlükə ilə üz- üzə qoyub". Partiya sədri deyib ki, indi buraxılan hansısa səhvlərin və yanlışlıqların müzakirəsi vaxtı deyil. Tahir Abbaslı hesab edir ki, hazırda xalqımız ağır imtahan qarşısındadır: "Hər kəs bu anda milli birlik göstərib, xalqın və dövlətimizin xilası haqqında düşünməlidir. Kiminsə hakimiyyətdən narazılığı və tələbi varsa, bunu sosial şəbəkələr üzərindən aksiyasız apara bilər. Bu anda Milli Şuranın adından AXCP sədri Əli Kərimlinin 6 aprel 2020- də mititinq elan etməsi, tamami ilə əsassızdır. Amma belə bir siyasətçinin, bu çıxışın (çağrışın) da xalqın narazı olduğu sahələri sadalaması zamansız olduğundan, siyasi məqsədlər daşıdığı görsənir. Son bir ildə hakimiyyətin apardığı "siyasi islahatlar" və müxalifət düşərgəsiilə aparılan "dialoq"lar gec də olsa qarşıda baş verə biləcək hadisələri önləmək üçün bir tədbir kimi görünür". Partia sədri hesab edir ki, bu gün aparılan "dialoq"dan Əli Kərimlinin özünü kənarda qoyması, mitinq məsələsini ortaya atması əslində özünü gündəmə gətirməyə hesablanıb: "Yoxsa ki, koronovirusun ölkəmizdə belə həndəsi silsilədə ardığı vaxtda, Əli Kərimli insanları meydana səsləyib, həyatlarını xəstəliklə və ölümlə qarşı-qarşıya niyə qoysun? Demək ki, bu mümkün olan hal deyil. Əli Kərimli özü də bilir ki, heç kim bu xəstəlik qarşısında evindən bayıra çıxmayacaq. Belə çıxır ki, Əli Kərimli sayılmadığından hakimiyyətin təlaşlı anında qapısını siyasi jestlərlə döyərək, "Məni də tanı" -deyir. Bu məsələ çox absurd və gülünc görünür". Hacı Tahir Abbaslı bildirib ki, bu gün siyasi mübarizənin vaxtı deyil: "Kimsə xəstəliyin baş alıb, getdiyi dövrdə xalqı meydana səsləyirsə, bu xalqı sevmək deyil. Bu xalqı və dövləti məhv etməkdir. Azərbaycan İslam Demokrat Partiyasının sədri kimi, xalqımızı belə təxribatlara uymamağa, səbr göstərib, bu xəstəlikdən qorunmağa çağırıram! Dumanlı gün axtaran qurdlara uymayın! Allah bu dərddən və bəladan qorusun!. Heç bir ailəyə Allah acı yaşatmasın! Amin!. Gecəsi və gündüzü olmayın, xəstəliklə bağlı həyatları risq alıtında olan səhiyyə və orqan işçilərini amansız koronovirusdan qorusun!".
Süleyman