Qənirə Paşayeva: “Koronavirusla bağlı maarifləndirmə işlərini çox ciddi şəkildə aparmalıyıq”

Koronavirusla bağlı təşvişə əsas yoxdur. Lakin vətəndaşlarımız dünyada olan bu ciddi təhlükənin fərqində olmalıdırlar."Olaylar" xəbər veri ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.  Q. Paşayeva bildirib ki, dövlətin gördüyü tədbirlərlə yanaşı, vətəndaşları bu tədbirlərin həyata keçirilməsində fəal olan ölkələrdə koronavirusun aradan qaldırılması üçün addımlar daha effektiv olur: "İtaliyada insanların vəziyyəti ciddi qəbul etməməsi nəticəsində virus çox geniş yayıldı. Ona görə maarifləndirmə işlərini çox ciddi şəkildə aparmalıyıq. Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları var. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Bu qərarlara regionlarda da ciddi riayət olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31