Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır -Təhlil

Əhalinin sosial rifah halının yaxşılaşdırılması, insanlarımızın daha yaxşı yaşaması üçün Azərbaycan hakimiyyəti, xüsusilə də dövlət başçısı Cənab İlham Əliyev sistemli və davamlı addımlar atır. Artıq bir neçə ildir ki, həyata keçirilən sosial islahatların uğurlu nəticələri günümüzdə hər bir vətəndaşımızın gündəlik həyatında hiss edilir desək yanılmarıq. Son bir neçə ildə ölkədə maaş və pensiyalar, minimum əmək haqqı, eləcə də müxtəlif kateqoriyalara aid olan müvainətlərin məblğinin bir neçə dəfə artırılması ölkə vətəndaşlarının böyük əksəriyyətinə öz müsbət təsirini göstərib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi son illərdə sosial sahədə həyata keçirilən islahatlar, görülən işlər ümumilikdə milyonlarla vətəndaşımızı əhatə edib. Təkcə keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırılıb, çox böyük sosial paket icra edilib. Məhz həyata keçirilən bu kimi uğurlu islahatlar və əldə edilən müsbət nəticələrdən dolayı Azərbaycan minumum əmək haqqı və pensiyaların həcminə görə, MDB məkanında ön sıralarda qərarlaşıb. Hazırda da bu müsbət tendensiya davam edir və dövlət başçısı daim əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində çalışır. Tam əminliklə deyə bilərik ki, bu gün əhalinin sosial rifah halının yaxşılaşdırılması Azərbaycan dövləti, xüsusilə də dövlət başçısı üçün əsas prioritet təşkil edir. Bunu ötən gün dövlət başçısının əmək və əhalinin sosial müdafiısi naziri Sahil Babayevi qəbul edərkən səsləndirdiyi fikirlərdən də bir daha aydın görmək mümkündür.

Burada bir məqama diqqət çəkmək yerinə düşər ki, Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması yalnız minimum əmək haqqı, maaş və pensiyalar, digər müavinətlərin artırılması ilə özünü göstərmir. Paralel olaraq sosial sahəni özündə ehtiva edən digər mühüm addımlar da atılır. Bu sıradav qaçqın və məcburi köçkünlər, şəhid ailərləri, həmçinin Qarabağ müharibəsi iştirakçıları və onların ailə üzvləri üçün yaşayış binalarının, mənzillərin tikintisini də qeyd etmək lazımdır. Son illər ərzində qeyd edilən istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində qeyd etdiymiz kateqoriyaya aid olan minlərlə vətəndaşımızın sosial mənzil şəraiti yaxşılaşdırılıb ki, bu da öz növbəsində sosial sahədə atılan addımlar, həyata keçirilən tədbirlərin müsbət göstəricilərindəndir.  Müsbət məqamlardan biri ondan ibarətdir ki, digər sosial layihələr kimi bu proses də artan qətlə davam edir və dövlətim iqtisadi imkanları artdıqca həmin təbəqədən olan insanlar üçün daha çox yaşayış kompleksləri tikilib istifadəyə verilir. Elə nazir Sahil Babayevi qəbul edərkən də Cənab Prezident İlham Əliyev bu məqama diqqət çəkərək şəhid ailələri və müharibə veteranları üçün daha çox mənzillərin tikiləcəyini bildirib: "İlin əvvəlində mən göstəriş vermişdim ki, bu il şəhid ailələri və müharibə veteranları üçün daha çox sayda evlər tikilsin. Biz bu vətəndaşların sosial təminatını ildən-ilə yaxşılaşdırırıq. Keçən il 934 ailəyə ev verilib. Mən göstəriş vermişdim ki, biz bu həcmi artıraq və bu il 1500 ailə üçün evlərin təqdimatı nəzərdə tutulur".

Ümumiyyətlə, Azərbaycan Respublikası artıq bir neçə ildir ki, sosial dövlət olaraq tanınır. Azərbaycan Konstitutsiyasına əlavə və dəyişikliklər məqsədilə keçirilən referendumla bu amil özünü bir daha təsdiqlədi. Günümüzdə də müşahidə etdiyimiz situasiya ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının sosial rifah halı dövlət, dövlət başçısı üçün başlıca prioritetdir. Elə Cənab Prezident İlham Əliyev də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bunu açıq şəkildə söyləyib. Dövlət başçısı bildirib ki, s osial sahədə aparılan islahatlar bu il davam etdirilir: "Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Xüsusilə keçən il. Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Bu il bu istiqamətdə növbəti addımlar atılır və atılacaq".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31