Deputat: “Koronavirusla bağlı ayrıca qanun qəbul olunsun”

Deputat: “Koronavirusla bağlı ayrıca qanun qəbul olunsun”

"Biz vətəndaşlara televiziya və sosial şəbəkələr vasitəsilə çağırış etməliyik". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, koronavirusla bağlı ayrıca qanun layihəsinin qəbul olunması məsələsi üzərində düşünmək lazımdır: "Bu qanunda tibb işçilərinin, yol polisinin, bu sahədə çalışan ayrı-ayrı insanların işinin tənzimlənməsi məsələsi əksini tapmalıdır. Təhlükə aradan qalxdıqdan sonra bu qanun onsuz da öz qüvvəsini itirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31