Deputat: “Regionlar vergidən azad edilsin”
17 Mart 2020 11:19 Siyasət"Regionların inkişafı proqramına nəzər salmaq istərdim. Regionların vergidən azad olunmasını təklif edirəm". "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Məşhur Məmmədov bildirib. O, deyib ki, bununla da regionlarda işsizlik problemi olmaz: "Regionları vergidən azad etməklə həm iş yerlərinin artmasına, həm də biznesin inkişafına dəstək olacaq. Eyni zamanda, regionlarda yaşayanların işlə bağlı problemi də aradan qaldırılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31