İlham Əliyev irlandiyalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev irlandiyalı həmkarı Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Olaylar.az  məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müqəddəs Patrik Günü münasibətilə Sizi və İrlandiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, uğurlar, xalqınıza rifah arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31