Deputat prezidentə müraciət etdi

Milli Məclisin plenar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Olaylar xəbər verir ki, qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay, bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur.

Qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib ki, müddətin 9 ay uzadılması heç bir effekt verməyəcək:

"Burada Prezidentə müraciət edirəm ki, bu qanun layihəsinin müddətini ən az 3 il uzadılsın. Komitədə müzakirə olmadığı üçün bu məsələni qaldıra bilməmişəm. Amma bu çox ciddi məsələdir. O vaxt V çağırış Milli Məclisdə bu məsələni qaldırdım ki, bunu həll edək. Amma alınmadı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31