Deputatlara vəsiqələrin təqdim edilməsinə başlanılıb

Deputatlara vəsiqələrin təqdim edilməsinə başlanılıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

"Olaylar" xəbəer verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib. İclasda "Azərbaycan Respublika İnsan Hüquqları üzrə müvəkkili - Ombudsman haqqında", "Normativ Hüquqi Aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarına dəyişiklik edilməsi haqqında (II oxunuş), "Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik edilməsi haqqında, "Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri haqqında" qanun layihəsi və Milli Məclis komitələrinin üzvlərinin seçilməsi barədə məsələlər müzakirəyə çıxarılıb.

İclasda deputatlara vəsiqələrin təqdim edilməsinə başlanılıb. Vəsiqələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31